Qazaxıstanda IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu keçirilib
Tarix: 25.06.2019 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən hər il ənənəvi olaraq Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumunda dünyanın 21 ölkəsindən 250-yə yaxın nümayəndə iştirak edib. Tədbirdə Azərbaycanı millət vəkilləri, diplomatlar, elm xadimləri və jurnalistlərdən ibarət geniş nümayəndə heyəti təmsil edib.
BTA prezidenti Darxan Kıdıralinin moderotorluğu ilə başlayan Forumda Qazaxıstan və Qırğızıstan prezidentlərinin beynəlxalq elmi toplantının işinə ünvanlanan təbrik məktubu oxunub. D.Kıdırali bildirib ki, bu ilki tədbirin təşkilində əsas məqsəd Türk dünyasının və türk xalqlarının bəşəriyyətin inkişafına verdiyi töhfələri elmi cəhətdən müzakirə etməkdir.
Forumun açılış panelində Qazaxıstan Təhsil və Elm naziri Aşat Aytmaqambetov, Monqolustanın ilk Prezidenti Oçirbat Puntsalmaagiyin, Qırğızıstanın parlamentinin ilk spikeri Medetxan Şerimkulov, Azərbaycanın ilk Baş naziri Həsən Həsənov, UNESCO Türkiyə Milli Komissiyasının rəhbəri Oğuz Öcal məruzə edib.
“Türk dövlətçiliyinin yaranma və inkişaf tarixi”, “Türk dünyasında folklor və ədəbiyyatın aktual məsələləri”, “Türk dünyasının etnik və mədəni xüsusiyyətləri”, “Müasir türkologiya: yeni yanaşmalar”, “Avrasiyada inteqrasiya prosesi: məkan və zaman üfüqləri” və digər başlıqlardan ibarət 6 paneldə davam edən forumun bir paneli bütövlükdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmaddəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub.
Azərbaycanın Qazaxıstandaki səfiri Rəşad Məmmədovun, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan, Monqolustanın bu ölkədəki səfirlərinin də qatıldığı tədbirdə millət vəkili Cavanşir Feyziyev “Dünya mədəniyyətinin inkişaf tarixində türklər”, millət vəkili, professor Elman Nəsirov “Türk dünyasında inteqrasiya prosesləri çərçivəsində Аzərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı”, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Türk ədəbiyyatında Nəsiminin yeri”, AMEA Rəyasət Heyətinin elmi katibi, Dr. Ağahüseyn Şükürov “Böyük Azərbaycan şairi Səməd Vurğun və qazax ədəbiyyatı” mövzularında göeniş məruzələr ediblər.
Forum çərçivəsində Türk dünyasında elmi fəaliyyətin, tədqiqatların inkişafı və dəstəklənməsinə verdikləri töhfəyə, türkologiyanın inkişafındakı xidmətlərinə görə Azərbaycanın ilk Baş naziri, Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənova, Monqolustanın ilk Prezidenti Oçirbat Puntsalmaagiyinə, Qırğızıstanın ilk parlament spikeri Medetxan Şerimkulova, antropoloq, Qazaxıstan MEA-nın müxbir üzvü, professor Orazak Smaqulova, Dünya Tatarları Konqresi İcrayə Komitəsi rəhbəri professor Damir İşakova Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim olunub.
Tədbirdə Beynəlxalq Türk Akademiyası yeni işıq üzü görmüş yeni nəşrlərinin və millət vəkili Cavanşir Feyziyevin BTA tərəfindən qazax dilinə tərcümə olunmuş 5 cildlik “Türk dünyası” kitabının təqdimatı keçirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
20.07.2019
Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq
20.07.2019
Gürcüstanda onkoloji xəstələrin sayı artıb
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info