Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü
Tarix: 25.06.2019 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Qazaxıstanın cənubunda, Türküstan vilayətinin Arıs şəhərindəki hərbi hissənin anbarında baş verən partlayışdan əziyyət çəkənlərə yardım kampaniyası başlayıb. Bu məqsədlə Çimkənt şəhərində Qazaxıstan Xalqları Assambleyasının xüsusi yardım qərargahı yaradılıb.
Təhlükəsizlik məqsədilə hərbi hissənin yaxınlığındakı evlərdən Şımkənt şəhərinə təxliyyə olunan sakinlərə yardım kampaniyasına bu şəhərdə yaşayan azərbaycanlılar fəal qoşulub.
Çimkəntdəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Natiq İbrahimovun bildirdiyinə görə, partlayışdan keçən bir gün ərzində şəhərdəki Azərbaycan icması 900 000 təngə civarında yardım toplayıb. Toplanan vəsaitə təxliyyə olunan sakinlər üçün yüngül geyimlər və digər zəruri ləvazimatlar alınıb.
Bundan başqa, icma tərəfindən 500 nəfərlik yemək bişirilib, qablaşdırılıb və partlayışdan zərər çəkənlərə göndərilib.
Yardım kampaniyasının davam etdiyi və digər şəhərlərdəki azərbaycanlıların da xeyriyyə təşəbbüsünə qoşulmaq üçün müraciət etdiyi bildirilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrul xidməti aparacaqlar
22.10.2019
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22.10.2019
Ermənistanda müəllimlər də işsizlər cərgəsinə qoşulublar
22.10.2019
Castin Rouz “Türk Hava Yolları”nın 2019-cu il “Açıq Qolf Turniri”ndə tarix yazmaq istəyir
21.10.2019
Paşinyanın “inkişaf” yalanı ifşa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info