“Regnum”: “ARDNŞ və “Rosneft” paritet əsasla birgə müəssisə yaradır”
Tarix: 14.08.2013 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Tərəflər müxtəlif ölkələrdə, o cümlədən Rusiya və Azərbaycan ərazilərində birgə neft-qaz kəşfiyyatı və çıxarılmasını həyata keçirəcəklər


Rusiya dövlət başçısının Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Rusiyanın “Rosneft” şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Sənədi dövlət başçılarının iştirakı ilə şirkətlərin rəhbərləri Rövnəq Abdullayev və İqor Seçin imzalayıblar. Bu haqda “Rosneft”in mətbuat xidmətinə istinadən məlumat yayan “Regnum” qeyd edir ki, sənədə əsasən tərəflər müxtəlif ölkələrdə, o cümlədən Rusiya və Azərbaycan ərazilərində birgə neft-qaz kəşfiyyatı və çıxarılmasını həyata keçirəcəklər. Bunun üçün tərəflər paritet əsasla birgə müəssisə yaradacaq. Bundan savayı, tərəflər karbohidrogen və neft məhsullarının marketinqi və satışı, infrastruktur obyektlərindən, o cümlədən boru kəmərləri və terminallardan birgə istifadə ilə bağlı razılıq əldə ediblər. İqor Seçin və Rövnəq Abdullayev sənədin imzalanmasını enerji sferasında Rusiya-Azərbaycan dövlətlərarası əməkdaşlığının tammiqyaslı genişləndirilməsi istiqamətində ciddi addım kimi dəyərləndiriblər. Qeyd edilir ki, imzalanan sənəd hər iki şirkətə fəaliyyət coğrafiyasını genişləndirməyə, yeni bazarlara və resurslara çıxış əldə etməyə, eləcə də infrastrukturdan birgə istifadə sayəsində neft və neft məhsullarının tədarükünü optimallaşdırmağa imkan verəcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
16.11.2018
“Azəriqaz”: İlin sonunadək ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizi keçəcək
16.11.2018
SOCAR peyk təsvirlərinin köməyi ilə neft yataqları axtaracaq
16.11.2018
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
16.11.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info