DGK ilə ABŞ gömrük orqanları arasında əlaqələr müzakirə edilib
Tarix: 26.06.2019 | Saat: 07:29:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasındakı strateji əməkdaşlıqlan məmnunluqla bəhs edib, bütün sahələrdə işgüzar münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini, o cümlədən gömrük sahəsində də səmərəli əlaqələrin qurulduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük işinin səmərəli təşkili istiqamətində son illərdə bir sıra innovativ islahatlar həyata keçirildiyini diqqətə çatdıran Komitə sədri tətbiq edilən yeniliklərin beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib.
Dövlət Gömrük Komitəsi ilə ABŞ gömrük orqanları arasında uzunmüddətli əlaqələr qurulduğunu qeyd edən Səfər Mehdiyev, Azərbaycan gömrüyünün tarixi inkişaf prosesində kadrların potensialının artırılması, qanunvericilik bazasının hazırlanması, gömrük nəzarəti prosesində tətbiq edilən texniki vasitələrlə təminat sahəsində Amerika təcrübəsindən faydalanıldığını diqqətə çatdırıb.
Səfər Mehdiyev son illərdə gömrük sistemində həyata keçirilən islahatlar barədə də səfirə məlumat verib və vurğulayıb ki, Azərbaycan gömrüyü hazırda kağızsız texnologiyalar əsasında fəaliyyət göstərir və informasiya texnologiyalarının geniş şəkildə tətbiq olunması bütün gömrük əməliyyatlarının tam elektron qaydada həyata keçirilməsini təmin edib.
O da qeyd olunub ki, tətbiq edilən yeniliklər və innovativ layihələr fiskal sahədə, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarətinin və sərhədkeçmə prosesinin sürətləndirilməsi istiqamətində yüksək nailiyyətlərin əldə olunmasına şərait yaradıb.
Azərbaycan gömrüyünün amerikalı həmkarları ilə bütün sahələrdə qarşılıqlı səmərəli, işgüzar münasibətlər qurduğunu diqqətə çatdıran Komitə sədri, cari ilin 14-17 aprel tarixlərində Bakıda "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"ın uğurla keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirib, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Səmimi görüşə görə minnətdarlığını bildirən Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer strateji müttəfiq kimi ABŞ hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini qeyd edib, iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi münasibətlərin, eləcə də ölkələrimizin gömrük qurumlarının əməkdaşlığının hazırkı durumundan razılığını ifadə edib.
"Azərbaycan gömrüyü bir uğur hekayəsidir" – deyə sözünə davam edən amerikalı diplomat ölkəmizin gömrük sistemində həyata keçirilən islahatlardan, şəffaflığın təmin edilməsi, ticarətin asanlaşdırılması, qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, beynəlxalq tranzitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən məmnunluqla söhbət açıb, qısa müddətdə əldə edilən bu uğurları yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər, eləcə də əməkdaşlığın gələcək perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilir
21.07.2019
İranda qum qasırğası 13 kəndin yolunu bağladı
21.07.2019
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb
21.07.2019
Birləşmiş Ərəb Əmirliklərində xurma festivalı keçirilir
21.07.2019
Siqaret kötükləri təbiəti məhv edir və bitkilərə ziyan vurur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info