“Gənclərin fəallığı sosial şəbəkələrdə və keçirilən tədbirlərdə əks olunur”
Tarix: 14.08.2013 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Rəna Məmmədova: “Azərbaycan dövlətçiliyi gənclərimizə hər cür şərait yaratmaqda öz himayəsini əsirgəmir”

Bu gün dünyada sosial şəbəkələrdə aparılan fəaliyyətlər artıq dövlət siyasətinə çevirilib. Bir çox dövlətlərdə istənilən məsələ ilə bağlı ən tez ictmai rəy sosial şəbəkələr vasitəsilə öyrənilir. Və bu kimi fəaliyyətlərdə gənc və orta nəsil fəallıq göstərirlər. Bu baxımdan Azərbaycanda da gənc və orta yaşlı insanlar öz fəallığı ilə seçilirlər. Onlar öz “Facebook” profillərində, eləcə də müxtəlif qruplarda ölkədə baş verənlər, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində paylaşmalar edirlər. “Facebook”da aktiv paylaşmaları ilə diqqətimizi çəkən belə insanlardan bir də Rəna Məmmədovadır. Onunla müsahibəmizin əsas mövzusu elə məhz bu məsələlərlə bağlıdır.

-Rəna xanım, öncə mümkünsə, özünüz haqda məlumat verərdiniz.
-1971-ci ildə Bakı şəhərində anadan olmuşam. 1988-ci ildə Nəsimi rayonu ərazisində olan 42 nömrəli orta məktəbi fərqlənmə ilə bitirmişəm. 1996-cı ildə isə Azərbaycan Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinin axşam şöbəsini bitirmişəm. Cəmiyyətimizdə 25 il bir-birindən fərqli sahələrdə iş təcrübəsi qazanmağımın dünyagörüşümə çox müsbət təsiri olduğunu vurğulamaq istərdim. İlk işimə "Azərnəşr"də operator kimi başlamışam. Ana olduqdan sonra 10 ildir ki, Binəqədi rayon sakiniyəm. Hazırkı iş yerim sayılan, təxminən 3 ildir atamın vətəni, yurdu, ölkəmizin səfalı guşələrindən biri olan Şəmkir şəhərində "Ataholdinq" ASC-nin Qərb filialında iqtisadçıyam. YAP-ın üzvüyəm.
-Hazırda dövətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Hazırkı Azərbaycan dövlətçiliyi gənclərimizə hər cür şərait yaratmaqda öz himayəliyini əsirgəmir və buna şübhə etməyə haqqımız yoxdur. Gənclərimizin savada, peşəyə, idmana, mədəniyyətimizə yiyələnmək, onların dünyagörüşlərini genişləndirmək üçün köməkliyini etməkdə, bunu ən mühüm gündəlik iş prinsiplərindən biri sanmaqda davam edir. Məsələn, dövlətimizin inkişafının başlıca şaxəsi gənclərimizin xarici ölkələrdə müasir tələbatlara uyğun təhsil alması, savada yiyələnməsi üçün təhsil üzrə qərarların verilməsidir. Həmin gənclər təhsil müddəti bitdikdən sonra Vətənə qayıdarkən doğma yurdda faydalı övlad, ziyalı Azərbaycan vətəndaşı kimi Vətənə xidmət edəcək. Bu o deməkdir ki, dövlətimizin gənclər üzərində olan himayəsi artır. Eyni zamanda dövlət evdə valideyn himayəsinin yüksək bəhrəsini verməsi üçün çalışır və bu sahəni inkişaf etdirir. Bu danılmazdır...
-Azərbaycan gəncliyi dövlətin onlara qayğısının cavabını öz əməli fəaliyyəti ilə verə bilirmi?
- Dövlət qayğısına gənclərimizin cavab verməsi cəmiyyətimizin öhdəsinə düşəcək məsuliyyətdir. Kimliyindən asılı olmayaraq, hər kəs hər bir gəncimizi öz övladı tək görməsə, heç bir nəticə almarıq. Məsələn, bol məhsul görmək arzusuyla ilk növbədə ağaca qulluq etmək lazımdır... Vətənpərvərlik, millətsevərlik duyğularını aşılamaq, ana dilini sevdirmək, milli dəyərlərimizi, milli sərvətlərimizi qorumağda hər birimiz borcluyuq. Biz, müstəqil həyata qədəm qoyan gəncimizin taleyini, 10 il, 20 il bundan sonra quracaq həyatını görməliyik. Son zamanlar gənclərlə münasibətim sıxlaşdıqca, onlar arasında olan potensialı gördükcə, ruhlanıram. Gənclərimiz arasında rəqabət və eyni zamanda səmimiyyət çoxalır. Bunun davamı ümid doğurur...
-Bu gün gənclərin daha hansı qayğıya ehtiyacı var?
-Hazırda çox tez-tez rast gəldiyim, gördüyüm problem, gənclərimizlə təmasda olan idarə və təşkilatlarda onlara istiqamət verə bilən təcrübəli kadr məsələsidir. Həyata qədəm qoyan gəncimizdə mənəvi dayaqsızlıq və psixoloji cəhətdən hazır olmamağa yol vermək olmaz. Vətənimizdə sağlam gələcək qurmaq haqqında həyat təcrübəsi olan yaşlı nəsli real həyatımızdan uzaqlaşdırmamalıyıq. Son zamanlar idarə və təşkilatlarda kadr seçimlərində dəbdə olan yaş hədlərinə çox əhəmiyyət verilib. Demək istəmirəm yeni nəsil səriştəsizdir, amma gənclərə yetişmiş nəslin rəhbərliyi məsləhətdir. Hazırda işimlə əlaqədar regionda olduğumdan gənclərin maarifləndirilməsi məsələlərini zəif görürəm. Hər regionda və hər icra nümayəndəliyində "Ağsaqqallar şurası” yaradılması üzrə çalışmalıyıq. Sağlam həyat üçün ağsaqqal məsləhətləri, xeyir-dualarına ehtiyacın günü-gündən artdığını görürəm. Bunu sağlam həyatın qurulması üçün köməkçi qüvvə sayıram. İnsan mütaliə etməklə yalnız savada sahib ola bilər, amma canlı təcrübə alan insan kasadlığı problemi artmaqdadır.
-Gənclərimiz seçkiyə necə hazırlaşır?
- Hamımız bilirik ki, 09.10.2013-cü il tarixi seçki günüdür. Bütövlükdə Azərbaycan gəncləri öz fəaliyyətlərini bu mövzuda istiqamətləndiriblər. Gənclərimizin fəallığı sosial şəbəkələrdə və keçirilən tədbirlərdə əks olunur. Mən, “Facebook” şəbəkəsinin izləyicisiyəm. Binəqədi rayon sakini olduğumdan, “Facebook”da Binəqədi Rayon Prezidentə Dəstək Qrupunun üzvüyəm. Çox qısa zamanda qrupumuza 6000-dən çox gənc üzv olub. Onlar çox fəal, çox prinsipial, öz mövqelərində qəti olan gənclərdir. Hər zaman Prezidentimizi dəstəkləməkdəyik. Ölkəmizdəki hər yeniliyin, inkişafın Prezidentimiz tərəfindən həyata keçirilməsini paylaşırıq. Paylaşmalar əsasında xarici dövlətlərdən də belə, dəstəklər gəlir. Prezidentimiz İlham Əliyevi dəstəkləmək məqsədilə “Facebook” şəbəkəsində çoxlu sayda yaradılmış saytlar və qruplar, Bakı şəhərinin daxilindəki rayonlar, eləcə də regionlarımızın hər bölgəsində gənclərin Prezidentə dəstək qruplarının yaradılmasını görmək ürəkaçan, fərəhləndiricidir. Əksər gənclərimizn verdiyi müsahibələrində məntiqli fikir və rəylərindən artıq onların seçimləri bəllidir. YAP-ın üzvləri olan gənclərimiz çox qətiyyətlidirlər. Azərbaycanın gələcəyi olan gənclərimiz gələcəklərini əmin-amanlıqla yalnız ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevlə görürlər! Hər bir gənc Azərbaycanın gələcəyidir! Cənab Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın həyata keçirdiyi tədbirləri, göstərdiyi qayğıları gənclərimiz anlayır və Prezidenti dəstəkləyirlər.
Çox yaxşı yadımdadır, 1988-ci ilin dekabr ayında oxuduğum orta məktəbdəki sinif yoldaşlarımızla birlikdə Azadlıq meydanında saatlarla nümayişlərdə olardıq. Ac-susuz qalırdıq, amma hamı kimi şüarları - "Azadlıq", "Müstəqillik" şüarlarını dayanmadan coşqunluqla deyərdik. Halbuki, biz sovet hakimiyyəti illərində böyümüşdük. Həmin illər gəncliyə yeni qədəm qoymuşduq. Görərdiniz, qızlı-oğlanlı həyatımızı fikirləşmədən, qorxmadan “Azadlıq” prospektindən piyada və şüarlarla meydana tərəf ürəkli gedirdik. Evdə valideynlərimiz tərəfdən danlağı eşidirdik, amma yenə yolumuzdan dönmürdük. Ulu öndər Heydər Əliyevin Bakıya qayıtması bizim üçün ən əziz və yaddaqalan xatirə oldu. İnanırsınız, sevincdən ağlayırdıq...Mən bu gün indiki gənclərimizdə həmin ülvi, təmiz, saf fikirləri, baxışları görmək arzusundayam və bunun üçün də əlimdən gələni əsirgəmirəm...
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Onlar Türkiyəni bölməyə, zəiflətməyə çalışan Vətən xainləri idilər”
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info