“ASAN xidmət” 330 mindən çox vətəndaşa xidmət göstərib
Tarix: 14.08.2013 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


“ASAN xidmət” mərkəzilərində indiyədək ümumilikdə 330 mindən çox vətəndaşa xidmət göstərilib. Bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov verib.
O bildirib ki, xidmət 2013-cü il yanvarın 15-dən fəaliyyətə başlayıb. Mayın 3-də Sumqayıtda, mayın 24-də isə Bakıda əlavə olaraq xidmət mərkəzləri fəaliyyətə başlayıb. Hazırda Bakıda 3 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Yaxın 1 ay ərzində Bakının Yasamal rayonunda 3 saylı və Gəncədə regional xidmət mərkəzinin açılması nəzərdə tutulub. İ. Kərimov qeyd edib ki, Prezidentin tapşırığına əsasən bu il xidmətin şöbələrinin açılması mümkün olmayan bölgələrdə vətəndaşlara səyyar avtobuslarda xidmət göstərilir: “Artıq iyulun 1-dən səyyar avtobuslar fəaliyyətə başlayıb. İlk belə aksiyamıza Xırdalan şəhərindən start verilib. Hələlik 2 istiqamətdə vətəndaşlara xidmət göstərilir”. İ. Kərimov əlavə edib ki, ölkənin 42 rayonunda 20 dayanacaq nöqtəsində səyyar xidmət göstəriləcək: “Hazırda 10 rayonun əhalisinə belə xidmət göstərilib. Həmin aksiya zamanı 30 mindən çox vətəndaşımız bu səyyar xidmətdən istifadə ediblər”. İ. Kərimovun sözlərinə görə, vətəndaşlar daha çox notariat xidmətilərindən istifadə edir: “Hazırda “ASAN xidmət” vasitəsilə vətəndaşlara 9 dövlət qurumunun 25 növ xidməti göstərilir. Bu xidmətlərin siyahısı prezidentin fərmanı ilə müəyyən edilir. Gələcəkdə bu istiqamətlərin sayı artırılarsa, həmin xidmətlər də göstəriləcək”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info