Tibbi və aromatik bitkilər bazarı 200 milyard dollara çatacaq
Tarix: 27.06.2019 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Tibbi və aromatik bitkilər, xəstəliklərin qarşısını almaq və ya müalicə etmək üçün istifadə olunan bitkilərdir. Dünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, təxminən 20.000 bitki tibbi məqsədlər üçün istifadə edilir. Dünyada bitki mənşəli dərmanlar üçün əsas ticarət mərkəzləri Çin, Almaniya, ABŞ, Fransa, İtaliya, Yaponiya, İspaniya, Böyük Britaniya və Hong Konqdur. Dünyada, ümumilikdə, 422 min bitki növü var və onlardan 52885-i dərman və aromatik mənşəlidir. Bitki mənşəli məhsullara artan tələbat milli və beynəlxalq bir trenddir. Ərzağın mühafizəsində istifadə olunan kimyəvi maddələrə dair qanuni məhdudiyyətlərin sayı artır. Buna görə də bitkilərdən əldə edilən və antioksidant kimi istifadə edilə biləcək efir yağlarına olan tələbat gündən-günə çoxalmaqdadır. Bitki mənşəli məhsulların, sintetik dərmanlardan fərqli olaraq, təhlükəsiz və çox az əlavə təsirlərinin olması bazarın böyüməsinə kömək edən vacib bir amildir. Bitki mənşəli məhsullar və dərman vasitələri son illər ərzində dünya miqyasında iqtisadi böhrana baxmayaraq, dəyər artımı yaşayıb. Beləliklə, dünyada 2000-ci ildə 50 milyard həcmində olan tibbi və aromatik bitkilər bazarı yaşlanan əhali sayı, səhiyyə problemləri, istehlakçı fikirləri sayəsində 2015-ci ildə 165 milyard, 2016-cı ildə isə 180 milyard dollara çatmışdısa, 2020-ci ildə 200 milyard dollara çatması gözlənilir.

Biyan kökünün böyük bazarı var

Biyan kökü Osmanlı coğrafiyasında yetişən bir bitki kimi məlum olub. Şəfa və dadverici kimi istifadə edilən bu bitkinin Qərb sənayesi tərəfindən kəşf edilməsi min illik istifadə ənənəsini dəyişdirib. Beləliklə, biyan və yetişdiyi coğrafiya üçün yeni bir dövr başlayıb. Sənaye kapitalizminə inteqrasiya olunan biyan kökünün istifadəsi mümkün qədər genişlənib, bitki birdən-birə fövqəladə dəyər qazanıb. Bunun nəticəsində biyan kökünün yetişdiyi Aydın və ətrafındakı ərazilər, bu bitkinin ticarətilə maraqlanan xarici şirkətlər üçün cazibə mərkəzi halına gəlib. İlk olaraq ingilis “MacAndrews & Forbes” kimi bir çox xarici, yerli şirkətlər bu işi yerinə yetirmək üçün çətin bir rəqabətə giriblər. Biyan kökü yalnız müsəlman cəmiyyətləri tərəfindən tanınan və faydalanan bir bitki deyildi. Bu bitki Yunanıstan, İtaliya, Fransa və İspaniya kimi Qərbi Aralıq dənizi hövzəsində yetişdirilib və Avropa xalqlarına məlum olub. Biyan kökü sənaye çevrilişinə qədər Avropada daha çox xoş təsirli və sərinləşdirici bir içki kimi və ya bəzi xəstəliklərin müalicəsi üçün istifadə edilib.
Yay aylarında Parisin küçələrində isti, həm də "coco" adlandırılan təravətləndirici, sərinləşdirici soyuq içki kimi satılıb. Beləliklə, bu bitkinin Qərb ekspertləri tərəfindən aşkar edilməsi gecikməyib. Sənayedə mümkün istifadə variantları ilə bağlı tədqiqatlar aparılıb. Qısa bir müddətdə, başda tütün olmaqla, bir çox sektor bu bitkidən faydalanmağa başladı. Biyan kökündəki şəkərin nisbəti şəkər qamışından əlli dəfə yüksək olduğundan, ətirli saqqız, məcun və mürəbbə istehsalında, eləcə də soyuqdəymədə dadverici dərman kimi istifadə edilir. İctimaiyyət arasında istifadəsinin genişlənməsi üçün qatqı maddələri ilə qarışdırılaraq toz halında “coco tozu” adı ilə satılıb. Bu isə hazırkı “Coca Cola"nın əsasını təşkil edir. Digər “kola” tipli içkilərin əsas elementini təşkil edir. Bundan əlavə, pivə, likör və spirtli içki istehsalında, dadlandırılmasında, ədviyyat və boyalar emalında istifadə edilib. Eləcə də yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə də öskürək və dəri xəstəliklərinə qarşı dərman istehsalı sahəsində mühüm bir vasitədir. Bu məhsulun əsas istifadəsi tütün sənayesində oldu. Tütünün yarpaqlarında, tütünün fermentasiyası və qara tütün kağızı boyanmasında şişirmə, çeynəmə və sarılmasında istifadə edilib. Əvvəlcə Böyük Britaniyada, sonra digər Avropa ölkələrində və Amerikada biyan kökünün ticarət və istehsalı ilə bağlı bir-birinin ardınca şirkətlər quruldu. Bu şirkətlər arasında, “MacAndrews & Forbes” şirkəti qısa müddətdə dünyadakı biyan kökü və balının ticarətini inhisara aldı. Şirkətin təsisçiləri Edward MacAndrews və şotlandiyalı William Forbesdir. 1850-ci ildə şirkət rəhbərləri əvvəlcə biyan kökü toplamaq və emal etmək üçün öncə Qahirəyə, sonra da İsgəndəriyyəyə getdilər. Bir müddət sonra amerikalı Leedsin rəhbərliyi ilə biyan kökü ticarətinə amerikalı böyük şirkətlərin maraqları hər gün artıb.”Forbes” şirkət tərəfindən Osmanlı ölkələrindən ixrac edilən biyan kökü və balının ən əhəmiyyətli alıcılarından biri, dünya tütün bazarının böyük bir hissəsini təşkil edən American Tobacco Company idi. 1890-cı ildə qurulan bu şirkət tütünün emalında əvəzsiz komponent olan biyan kökü ticarətini də inhisara alaraq, rəqiblərinə qarşı üstünlük yaratmaq üçün “MacAndrews & Forbes” şirkətini 1902-ci ildə aldı. Qərblilərin Osmanlı torpağında yetişən bu bitkini kəşf edə bilməsi və onu dərhal sənaye istehsalına çevirməsi faktı, biyan kökünü ənənəvi məhsuldan yeni bir istifadə sahəsinə çevirdi. Biyan kökü və balı üçün İngiltərə başda olmaqla, Avropa ölkələrində böyük bazar yarandı. Bu bazar Avropadan kənara doğru istiqamətini dəyişdi.

Azərbaycan biyan ixrac edəcək
Qiymətli texniki bitkilər olan biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılıb. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda biyan yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, inzibati rayonlardan Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılıb.
Ölkəmizdə də biyan kökü istehsalı artmaqdadır. Qeyd edək ki, bu günlərdə İsrailin ən böyük biyan və ekstraktı idxalçısı, həmçinin bu sahədə dünya üzrə ilk onluqda yerləşən "F&C Licorice Group" şirkətinin nümayəndələri Bakıda səfərdə olublar. Qonaqlar Azərbaycandan biyan kökü ixrac edən şirkət nümayəndələri ilə görüşüblər.
"Azexport.az" portalının meneceri Ayxan Qədəşov bildirib ki, görüşdə növbəti mövsümdə ölkəmizdən illik müqavilə üzrə 2.5-3 min ton yüksək keyfiyyətli biyan məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə edilib. İsrail nümayəndələrinə Azərbaycanın münbit investisiya mühiti barədə məlumat, eləcə də gələcəkdə birgə əməkdaşlıq çərçivəsində biyan qəbulu və emalı məntəqələrinin yaradılması üçün təkliflər təqdim olunub.
Qeyd edək ki, Azərbaycanda bir il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksək keyfiyyətli biyan məhsulu əldə edilir. Əldə olunan məhsul, əsasən, Çin, Sinqapur, Hindistan, İsrail, İran kimi ölkələrə ixrac edilməklə yanaşı, daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək
27.08.2019
Proqramsız müxalifət
26.08.2019
Paşinyanın komandasında parçalanma başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info