Müsavat “milli şura”dan uzaqlaşır
Tarix: 14.08.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Adil Qeybulla: “Müsavat dərhal “milli şura”dan çıxmalıdır”

“Milli şura”nın son zamanlar sərgilədiyi uğursuz siyasi xətt və bu qurumda olan bir sıra müxalifətçilərin bir-birinə ittihamlar yağdırması sözügedən qurumda işlərin yaxşı getməməsindən xəbər verir.
Bu barədə müxalifətin tanınmış simaları mətbuatda və sosial şəbəkələrdə də dəfələrlə fikirlər səsləndiriblər. Belə müxalifətçilərdən biri də Müsavat Divanının üzvü professor Adil Qeybulladır. Onun sosial şəbəkələrdə müxalifətçilərin müzakirəsinə səbəb olan son açıqlaması özünün ilgincliyi ilə seçilir. Müsavatçı professor vaxt itirmədə Müsavatın “milli şura”dan çıxmasını istəyib. Adil Qeybulla deyib: “Bir partiya üzvü kimi deyə bilərəm ki, Müsavat Partiyası bu gün yaranmış situasiyaya görə “milli şura”dan dərhal çıxmalıdır. Bu, mühüm şərtdir. “Milli şura”nın fəaliyyətini Azərbaycan üçün təhlükəli hesab etmək olar. Görünən budur. Xeyli gizli məqamların olması bu məntiqi nəticəyə gəlməyə imkan verir. Müsavat “milli şura”da qala bilməz. Müsavat mövqe bildirib seçkilərdə tək iştirak etməlidir. Vaxta az qalır”. Daha sonra “milli şura”nın mitinq qərarı verməsinə toxunan Müsavat Divanının üzvü bunu anormal hal sayıb: “Bu, onu göstərir ki, “milli şura”nın strategiyası yoxdur. Mitinqin keçirilməsi qərarı bunu bir daha sübut edir. “Milli şura” üzvlərinin Putinə müraciət etmək istəməsi isə tamamilə qeyri-ciddidir. Putinin hansısa siyasi partiyaların müraciətinə ehtiyacı yoxdur. Putinin Azərbaycanda sadəcə olaraq geosiyasi maraqları var. Rəsul Quliyevin məktubunun mətbuatda dərc edilməsi isə çox biabırçı bir faktdır”.
Milli şuradakı uğursuzluqlara toxunan Adil Qeybulla Eldar Namazov faktorunun da burada mühüm rol oynadığını deyib: “Eldar Namazovun da bu işlərdə müəyyən “xidmətləri” var. Mən vətəndaş cəmiyyətinin bəzi nümayəndələrinin səmimi xidmət göstərməklərinə heç vaxt inanmamışam. İbrahimbəyovun namizədliyini israrla irəli sürənlər var idi. Məsələ sanki əvvəlcədən həll olunmuşdu. Bu qüvvələr də “milli şura”nın yaradılmasında kifayət qədər maraqlı idilər. Son proseslər də onu göstərir ki, “milli şura”nın yaradılması qətiyyən ölkədə demokratik seçkilərin keçirilməsinə deyil, tamamilə qaranlıq məqsədlərə xidmət edir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info