Rüstəm İbrahimbəyovun xəyanəti üzə çıxdı
Tarix: 15.08.2013 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Bir müddət öncə baş tutan müxalifətin müəmmalı Tiflis toplantısının gizlinləri yavaş-yavaş üzə çıxmaqdadır. “Milli şura” sədri və vahid namizədi olan Rüstəm İbrahimbəyovun toplantıdan sonra İsa Qəmbərlə qapalı görüş keçirməsinin ilginc detalları bəlli olub. Sən demə, radikal müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Müsavat başqanı İsa Qəmbərin xeyrinə geri çəkiləcək. Bu görüşün də əslində mahiyyəti bundan ibarət olub. Qeyd edək ki, bu barədə iki gündür ki, sosial şəbəkələrdə cəbhəçilər məlumatlar yayaraq Əli Kərimlinin özünə müttəfiq seçdiyi İbrahimbəyovu AXCP-yə xəyanətdə ittiham edirlər. Məlumata görə, R.İbrahimbəyov qəsdən sənədlərini MSK-ya verməkdə gecikdirir. Hətta sən demə, Tiflisdəki qapalı keçirilən İbrahimbəyov-Qəmbər görüşündə bununla bağlı da razılaşma əldə olunub ki, dramaturq prosesi gecikdirsin və sonda “milli şura” alternativ namizəd kimi İ.Qəmbərin üzərində dayansın. İbrahimbəyov bu ssenarini həyata keçirməklə, Ə.Kərimli və E.Namazova xəyanət etmiş olacağını əvvəlcədən bilib. Lakin İ.Qəmbərlə bağladığı “centlemen” sazişi də poza bilməyəcəyini göz önünə alıb.
Elə onun MSK-ya təqdim olunacaq sənədlərində “çatışmazlıqlar” da bir bəhanə olub. Bu oyunda ona Eldəniz Quliyevin də dəstək olduğu üzə çıxıb. Məlumata görə, ACP lideri, eks-spiker R.Quliyev də İ.Qəmbırin vahid namizədliyinə etiraz edib. Lakin İbrahimbəyobun eks-spikerlə telefon danışığından sonra R.Quliyev ACP sədri S.Əkbəri Müsavat başqanı ilə görüşüb, bəzi detallara aydınlıq gətirməsinə razılılq verib.
Maraq üçün bildirək ki, avqustun 14-də ACP sədri gözlənilmədən Müsavat Partiyasının qərargahına gələrək İsaQəmbərlə qapalı görüş keçirib. Çox güman ki, artıq İsa Qəmbər hər cür yollara əl ataraq Əli Kərimlini “milli şura”da tək qoymağa çalışır və sonda onun da alternativ namizədlik məsələsində razı olmasına nail olmaq istəyir.
Cəbhəçi fəalların sosial şəbəkələrdə açdıqları müzakirələrdən bəzi məqamları diqqətinizə çatdırırıq: “AXCP-yə belə məlumatlar daxil olmağa başlayıb ki, “milli şura”nı yaxın günlərdə İctimai Palatanın aqibəti gözləyir. Rüstəm İbrahimbəyov onsuz da seçkilərə gedəcəyi təqdirdə İsa Qəmbərin də Müsavat adından prosesə qatılacağını bilirmiş. O, bu oyuna girib. İsa Qəmbərin artıq sənədləri MSK-ya təqdim edilməsi üçün hazırdır və onun seçki qərargahının yaradılması da dediklərimizi əsaslandırır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info