Almaniya nasistlərin oğurladığı tablonu İtaliyaya qaytaracaq
Tarix: 29.06.2019 | Saat: 19:31:00 | E-mail | Çapa göndər



Almaniya nasist qoşunlarının komandirinin 1943-cü ildə Florensiyanın Uffizi rəsm qalereyasından oğurladığı “Vazada güllər” tablosunu İtaliyaya qaytaracaq. Tablonun müəllifi holland rəssamı Yan van Hyoysumdur və o, ilk dəfə 1824-cü ildə Florensiyada nümayiş etdirilib. Bu rəsm əsəri 1991-ci ildə bərpa olunub, lakin Berlində saxlanılan tablo Almaniyanın birləşməsindən sonra da geri verilməyib.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, milyon avrodan çox qiyməti olan bu rəsm əsəri Almaniyada bir ailənin evində saxlanılır. Yanvar ayında rəsm qalereyasının direktoru Eyke Şmidt bildirib ki, Almaniyanın bu tablonu İtaliyaya qaytarması bir mənəvi borcdur. Adının açıqlanmasını istəməyən ailə başçısı rəsm əsərinə görə 2 milyon avro tələb edib. Muzey direktorunun müraciətindən sonra Almaniya hökuməti tablonu götürmüş nasist zabitinin ailəsi ilə əlaqə yaradıb. Die Zeit qəzetinin məlumatına görə, hökumətin vəkili həmin şəxsin hüquqi baxımdan oğurlanan tablonun sahibi ola bilməyəcəyini əsaslandırıb. Lakin ailə üzvləri iddia edirlər ki, zabit tablonu bazardan satın alıb.
Alman hökumətinin bu problemi həll edəcəyi vaxtadək Uffizi rəsm qalereyasında tablonun ağ-qara fotoşəkili nümayiş etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar
02.06.2020
“Əlimdə olsa, Tvitteri bağlayaram“
02.06.2020
Yerə doğru təhlükəli asteroid yaxınlaşır
02.06.2020
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri
02.06.2020
Rusiyada koronavirusa qarşı dərman hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info