Putinin səfəri müxalifətin ümidini puça çıxardı
Tarix: 15.08.2013 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Zahid Oruc: “Milli şura” bundan sonra dağılacaq, oradakılar isə İP kimi tanınan “reanimasiya palatası”na yola salınacaqlar”


Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı olaraq müxalifət qüvvələri bu dəfə də normal siyasi fəaliyyət göstərməkdən məhrumdurlar. Onlar normal halda seçkilərə hazırlaşmaq səviyyəsinə malik olmadıqlarını bütün davranışları və açıqlamaları, gizli niyyətləri ilə büruzə verdilər. Bu dəfə də məlum oldu ki, heç bir sosial bazası olmayan, cəmiyyətdə heç bir nüfuzu qalmayan, ənənəvi ədavətlərin və qarşılıqlı düşmənçiliyin əsirinə çevrilən köhnə müxalif başçılar iqtidarla siyasi rəqabətə hazır olmadıqları üçün hansısa “x” variantına ümid olublarmış. Belə ki, onlar hər hansı xarici qüvvənin Azərbaycan dövlətinə təsir edəcəyinə, Azərbaycan xalqının seçkidə öz iradəsini müstəqil şəkildə ifadə etməsinə mane olacağına ümid edirdilər. Onlar indiyə qədər həm özlərini, həm də cəmiyyəti bu cür cəfəng mülahizələrlə aldatmağa cəhd edirdilər. Ənənəvi müxalif başçıların əsas “arqument”lərindən biri də bu idi ki, guya şimal qonşumuz olan Rusiya ilə Azərbaycanın münasibətləri gərginləşib, Rusiya seçkidə Azərbaycana mane olmaq, öz planlarını həyata keçirmək istəyir və sair. Hətta müxalif düşərgədə “milli şura” adlı qurum ortaya çıxanda da bu qurumun adının Rusiyadakı bəzi dairələrlə bağlı hallandırılması sanki müxalif başçıların əsas pənah yerinə çevrilmişdi. İndiyə kimi avrointeqrasiyanı özləri üçün əsas prinsip elan etmiş, həmişə birtərəfli olaraq Rusiya əleyhinə şıxış etmiş İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev və sairləri bu dəfə hakimiyyət hərislikləri və ehtirasları üzündən “milli şura”nın qanadları altına girməyə həvəslə razılıq vermişdilər. Bu zaman isə özlərinin elan etdikləri avrointeqrtasiya prinsiplərinin ziddinə getmiş olduqlarının, bununla ifşa olunduqlarının fərqində belə deyildilər. Fərqində olsalar belə, bir siyasi qüvvə kimi ani situasiyalarda bütün dəyər və prinsiplərə tüpürməyə hazır olduqlarını, buna görə heç nədən utanmadıqlarını sərgiləyirdilər. Halbuki Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana işçi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi, iki dövlət arasında müxtəlif istiqamətlərdə əməkdaşlıqların inkişaf etdirilməsinə dair müzakirələr aparılması, Rusiya-Azərbaycan münasibətlərinin bərabərhüquqluluq və qarşılıqlı faydalılıq prinsipləri əsasında bütün sahələr üzrə inkişafının zəruriliyinin bir daha dövlət başçıları tərəfindən vurğulanması və sair bu kimi nüanslar müxaliflərin daha bir “x” variantının, daha doğrusu, bu seçki ilə bağlı müxalifətin “kozer” kimi göstərməyə çalışdığı variantın puç olduğunu açıq göstərdi. Bu səfərlə bir daha açıq-aşkar sübut olundu ki, şimal qonşumuz olan Rusiya da Azərbaycanın bir müstəqil dövlət kimi inkişafına, Azərbaycan xalqının seçkidə öz iradəsini azad və sərbəst şəkildə bildirməsinə dəstək verir. Bu isə artıq müxalifətin, xüsusilə “milli şura”da təmsil olunan müxalif başçıların siyasi “xarakiri”si üçün artıq heç bir maneə qoymadı...

“Guya ki İsa Qəmbər, Əli Kərimli seçki uğrunda mübarizəyə qatılırdılar, halbuki “milli şura” Rüstəm İbrahimbəyovun problemlərinin həlli üçün yaradılmışdı, amma bu problemlər də həll edilmədi”


“Palitra”ya bu barədə fikirlərini bildirən millət vəkili Zahid Oruc belə qeyd etdi: “Rusiya Azərbaycana münasibətdə seçimini necə etdiyni dünən göstərdi. Rusiya da qəbul edir və dəstəkləyir ki, seçki Azərbaycan xalqının iradəsi ilə baş tutmalı və dövlət rəhbərliyi də bu prinsiplə formalaşmalıdır. Başqa bir ölkə ikinci bir ölkənin başçısını seçə bilməz. “Milli şura”dakılar isə vaxtilə Nəriman Nərimanovun aldanmış halda Leninə ünvanladığı məktubları Putinə ünvanladılar. Amma onlar bununla gördülər ki, qonşu ümidinə qalan şamsız qalar. Ümumiyyətlə, isə “milli şura” heç müxalif qüvvələrin mərkəzi də deyildi. O, sadəcə düşərgədəki formatlardan biri idi. Yalnız müxalifətin intriqa mərkəzlərindən biri kimi bu qurumu qeyd etmək daha yaxşı olardı. Guya ki İsa Qəmbər, Əli Kərimli seçki uğrunda mübarizəyə qatılırdılar, halbuki “milli şura” Rüstəm İbrahimbəyovun problemlərinin həlli üçün yaradılmışdı, amma bu problemlər də həll edilmədi. Ona görə də “milli şura” tezliklə puç olub gedəcək. Oradakı bir çoxları seçkidən sonra Prezident İlham Əliyevin cazibə qüvvəsinə düşəcək. “Milli şura” iki aylıq layihə kimi tarixin arxivinə gedəcək. Onların bir qismi isə seçkidən sonra təzədən “palata”ya qayıdacaqlar. Bu dəfə isə “palata” sözü, reanimasiya palatası kimi anlaşılmalıdır”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info