“VII Liderlik Məktəbi -Nəqşicahan”ın iştirakçıları Naxçıvanın tarixi-mədəni abidələrini ziyarət ediblər
Tarix: 15.08.2013 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 11-18 avqust tarixində həyat keçirdiyi “VII Liderlik Məktəbi-Nəqşicahan”ın iştirakçıları Naxçıvan şəhərinin tarixi-mədəni abidələrini ziyarət ediblər. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun verdiyi məlumata görə, iştirakçılar ilk öncə Naxçıvan şəhərində yerləşən “Nuh Yurdu” və “Möminəxatun” türbələrini ziyarət ediblər. Ziyarət zamanı tələbələrə türbələrin tarixi və əhəmiyyəti barəsində məlumat verilib. Daha sonra iştirakçılar Hüseyn Cavidin məqbərəsini ziyarət ediblər və onun ev muzeyində olublar. Hüseyn Cavidin Ev Muzeyində tələbələrə Hüseyn Cavidin yaradıcılığı və həyatı barəsində söhbət açılıb. Həmçinin də, “Nəqşicahan” layihəsinin iştirakçıları “Xalça Muzeyi”-ndə və “Ədəbiyyat Muzeyi”-ndə olublar. İştirakçılar Naxçıvanda hazırlanan xalçaları seyr ediblər. Günün sonunda isə tələbələr “Badamlı” mineral sular zavodunda olublar. Badamlı suyu haqqında məlumat alan və onun istehsal olunma prosesini izləyiblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info