Ölkədəki sabitlik xaricdə məskunlaşan “jurnalistlər”in xoşuna gəlmir
Tarix: 01.07.2019 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Son illər xaricdə yaşayan bəzi müxalifətçilər, bir qrup Azərbaycan adına ləkə gətirən mühacirlər və eləcə də, müxtəlif səbəblərdən ölkədən gedən jurnalist və ya siyasətə dəxli olmayan şəxslərin ölkəmizə qarşı xüsusi kampaniyalar aparmaları diqqət çəkir. Bu siyahıda təxminən 30-a yaxın fəal şəxs var ki, onların arasında Yunuslar ailəsi, ABŞ-da yaşayan Sevinc Osmanqızı kimi mənfi fəaliyyətləri ilə cəmiyyətimizdə tanınan simalar da mövcuddur. Sevinc Osmanqızı sosial şəbəkələr vasitəsilə kanal və səhifələr açıb, aktiv şəkildə Anti-Azərbaycan təbliğatı aparması ilə fərqlənir. Sevinc Osmanqızı canlı yayımdakı çıxışlarında Azərbaycandakı medianın durumu haqqında, ayrı-ayrı məmurlar barədə əsassız, anormal iddialar və şər-böhtan xarakterli məlumatlar paylaşır. Əvvəllər məhz indi bəyənmədiyi Azərbaycan mediasının bir parçası olmuş bu adam həmin illərdə medianın durumu haqqında anormal fikirlər səsləndirmədiyi halda, indi sığındığı ölkədəki bəzi qüvvələrin, ümumilikdə, Anti-Azərbaycan dairələrin təsiri altında fəaliyyət göstərməyə başlayıb. Azərbaycanın radikal müxalifət nümayəndələrinə də qapı açan Sevinc Osmanqızı niyə indi mediamız, Azərbaycan jurnalistikasında, jurnalistlərin yaradıcılıq və sosial-iqtisadi durumunda baş verənlərə qara eynəklə baxmağa başladı axı? Əslində, bütün bunların dərin kökləri var.
Ümumiyyətlə, bu sirr deyil ki, xaricə qaçaraq orada müxtəlif kanallar açan, sosial şəbəkələr üzərindən aktivlik göstərərək ziyalılar, dövlət məmurları, milli- mənəvi dəyərlərimiz, ölkə rəhbərliyi, hətta ümumilikdə ölkəmizi, cəmiyyətimizi tənqid və təhqir etmək yolu seçənlər hansısa çirkli pullara, qrantlara görə bunu edirlər. Əks- təqdirdə, bu adamların nə maraqları var axı ki, gecə-gündüz canlı yayıma çıxıb, az qala, hansısa küçədə partlayan kanalizasiya borusuna da münasibət bildirsinlər? Sifarişçi nə tələb edirsə, onu da yerinə yetirirlər. Məsələn, məhz Sevinc Osmanqızı məqsədli şəkildə yalan dolu, əsassız məlumatlar yayıb ittihamlar səsləndirir ki, guya jurnalistlərin sosial durumunun yaxşılaşdırılması məqsədilə onlara Prezident tərəfindən hədiyyə edilən mənzillərin paylanmasında pul amili olub... Bu qədər əsassız, faktsız məlumat yayan adam hələ bir özünə peşəkar jurnalist deyir. Təbii ki, Sevinc Osmanqızı da gözəl anlayır ki, bu işlər ən yüksək səviyyədə nəzarətlə həyata keçirildiyi üçün burada neqativ hallardan söhbət belə, gedə bilməzdi. Həmçinin bir daha qeyd edirik ki, əgər ortada hansısa pul amili olsaydı, bu məsələ çox tez yayılar, geniş müzakirələrə səbəb olardı. Amma bütün bunlar yoxdur və hansısa məmura qara yaxmaq, ümumilikdə, ölkədə görülən müsbət işlərdən olan bu məsələyə çamur atmaqdan ötrü Sevinc Osmanqızına dezinformasiya xarakterli məlumatlar yaymaq lazım idi. Ümumiyyətlə bu adam dəfələrlə olub ki, ölkəmizi anlaşılmaz, nizamsız informasiya “atəş”inə tutub. Onun bu işlərdə ən böyük dəstəkçilərinin də məhz Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbəri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi radikal düşüncəli müxalifət rəhbərlərinin olması təsadüfi deyil. Müxalifətçi jurnalist donuna girən bir adam doğrudanmı ölkədə zərrə qədər də olsun müsbət bir iş, əməl, layihə və islahatı görmədi? Təqdir ediləsi halları deməməsi bir yana, şəffaf formada aparılan mənzil bölgüsünə belə daş atmaq, illərlə evsiz qalan, kirayələrdə yaşamış həmkarlarının da haqqına girmək nəyə lazım idi axı? Özü də ilin- günün bu vaxtı, bu mövzuya bir daha qayıtmaq üçün heç ehtiyac duyulmayan bir zamanda... Çünki burada əsas seçilən mövzunun yerinin olub –olmaması deyil, sifarişin dərhal yerinə yetirilməsidir. Yəni sabah onun bu kampaniyaları üçün qrant ayıranlar Azərbaycanda “şaxta baba”lara təzyiqlərin olmasıyla bağlı tapşırıq versələr, tərəddüd etmədən bu mövzunu gündəmə daşıyar. Yuxarıda da qeyd etdiyimiz kimi, Sevinc Osmanqızına Azərbaycan daxilində dəstək verən qüvvələr də var. Bu bağ, əlaqə isə təsadüfdən yaranmayıb. Ənənəvi müxalifət nümayəndələri olan bu şəxsləri tez-tez öz verilişində qonaq edən Sevinc Osmanqızın və qonaqlarının da bir məqsədi var ki, o da ictimai fikrə mənfi yöndən təsir edərək insanların beynini zəhərləmək və sonda idarəolunmaz kütləni meydana gətirməklə sabitliyi pozmaq. Qənimət Zahidin də onunla eyni işə, məqsədə xidmət etdiyini nəzərə alsaq, ümumi qrant qazanından yemək yeyən bu siyasətçilər və jurnalistlərin, əslində, hansı maraqlara xidmət etdikləri gün kimi aydın olur. Yəni bunlar xalqın maraqlarından çıxış etmirlər, fikirlərində və öz fəaliyyətlərində səmimi deyillər, nə də ki, Azərbaycandakı sabitlik, inkişaf, ümumilikdə, insanların sosial durumunun yaxşılaşdırılması onların maraqlarında deyil. Yəqin bu düşərgə üçün qrant, pul kimi maraqlar, anti-təbliğat fəaliyyətləri Vətən, xalq sevgisindən daha vacib imiş...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
11.07.2019
Paşinyanın reytinqi 53 faizə enib
09.07.2019
Əli Kərimli xaricdən göstəriş aldığını etiraf etdi...
03.07.2019
Erməni ekspert: “Ermənistan iqtisadiyyatı dəhşətli vəziyyətdədir”
02.07.2019
Paşinyan hökuməti əhalinin gözləntilərini doğrulda bilmədi
27.06.2019
Tibbi və aromatik bitkilər bazarı 200 milyard dollara çatacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info