Paşinyan hökuməti əhalinin gözləntilərini doğrulda bilmədi
Tarix: 02.07.2019 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Vaxtilə Paşinyan özü də xalqın gözləntilərinə cavab verməyən hakimiyyətin tez bir zamanda, asanlıqla yıxılacağını nümunə kimi göstərmişdi

Son günlər Ermənistanda bir-birini əvəzləyən etirazlar, mitinqlər, yolların bağlanması xalqın artıq Paşinyan hökumətinə qarşı narazılığının artmasının göstəricisidir. Qeyd edək ki, biz dünənki nömrəmizdə, Ermənistandakı Alaverdi mis konbinatı işçilərinin etiraz aksiyası barədə məlumat vermişdik. Məsələ bundadır ki, kombinatın 600 nəfərdən artıq işçisi müəssisə rəhbərliyi tərəfindən onlara əməkhaqqı ilə bağlı verilən vədin yerinə yetirilməməsinə etiraz əlaməti olaraq, təkcə müəssisənin bütün giriş-çıxışlarını deyil, həm də Ermənistandan Gürcüstana gedən dəmir yolunu da bağlamışdılar. Maraqlıdır ki, ermənilərin «ArmenianReport» saytı da ölkədə böyük rezonansa səbəb olan bu məsələyə biganə qalmayıb. Belə ki, saytın toxunduğu bəzi nüansların böyük maraq kəsb etdiyni nəzərə alaraq, onu diqqətinizə çatdırırıq: «Etirazçıların əksəriyyətinin ötən il Paşinyan və onun inqilabını dəstəkləyənlər olduğunu da unutmaq lazım deyil. Onlar inqilabdan sonra vəziyyətlərinin yaxşılaşacağına ümid etdilər. Çünki Paşinyan ölkədə iqtisadiyyatın spazmatik inkişafını, yoxsulluğun aradan qaldırılacağını, iş yerlərinin açılacağını vəd etmişdi. Bəs görən, onların sonda əldə etdikləri nə oldu? Hazırda küçələrə çıxaraq narazılıq edən etirazçıların istəkləri elə də böyük deyil, axı… Onlar, sadəcə olaraq, vaxtilə iəşlədikləri müəssisədə aylarla yığılıb qalmış məvaciblərinin çox cüzi hissəsini tələb edirlər. Belə görünür ki, indi sabiqlər kimi təqdim olunan etirazçılar artıq fərqli düşünməyə başlayıblar. Çünki Paşinyanın «məxməri inqilab»ı onlara heç nə vermədi. Əksinə, işlədikləri müəssisənin bağlanması da inqilabdan sonrakı dövrdə reallaşdı. İndi ölkədə, vaxtilə Paşinyanın tribunadan xalqa vəd verdiyi iqtisdi tərəqqi əvəzinə tənəzzül, yoxsulluğun azalması deyil, böyüməsi, ölkədə olan az-çox iş yerlərinin qapadılması baş verməkdədir.

Ölkəni tərk etməyən azsaylı yerli əhali də iqtisadi artım barədə verilən yalan vədləri dinləməkdən bezib


Artıq Paşinyan hökumətinin ölkənin bütün sahələrində əhalinin gözləntilərini doğrulda bilməməsi göz önündədir. Bu gün Ermənistanda, nəinki iqtisadi artımdan, heç iqtisadi sabitlikdən də söz gedə bilməz. Paşinyan isə xalq arasında az-çox qalan reytinqini qorumaq üçün klassik alətlərdən yararlanmağa çalışmaqdadır. Qeyd edilməlidir ki, onun korrupsiyaya qarşı apardığı mübarizə də formal xarakter daşıyır. Bu gün Nikolun daxili düşmən adı altında sabiq prezident Robert Koçaryan və onun ətrafına qarşı qaldırdığı məhkəmə oyunu da artıq özünü tükətməkdədir. Hazırda Paşinyanın tamaşalarından doyan erməni ictimaiyyəti artıq ondan çörək istəyirlər. Məsələ də bundadır ki, hakimiyyət də hələ ki, xalqa çörək vermək iqtidarında deyil. Biz bunu bu gün Alaverdi mis komibinatının nümunəsində də görürük. Təbii ki, hazırda Alaverdi mis komibinatında baş verənlərin Ermənistanın başqa ərazilərində də, özü də daha böyük həcmdə təkrar edilə biləcəyinə heç kim zəmanət verə bilməz. Çünki ölkəni tərk etməyən azsaylı yerli əhali də iqtisadi artım barədə verilən yalan vədləri dinləməkdən bezib. Belə görünür ki, bunu anlamağa başlayan Paşinyan hökuməti ölkədə sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağa başlamazsa, onları hansı aqibətin gözlədiyini artıq gözə alıblar. Üstəlik, ötən ilin yazında Paşinyan özü də hər kəsə xalqın gözləntilərinə cavab verməyən hakimiyyətin tez bir zamanda, asanlıqla yıxılacağını nümunə kimi göstərmişdi».
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
05.12.2019
Serj Sarkisyana kim xəyanət etdi?
04.12.2019
Erməni deputat: “Maaşların artacağı barədə deyilənlər mifdir”
03.12.2019
Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”
02.12.2019
Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi
5 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info