Qədim Misirdə gözlərin Günəşdən və tozdan qorunması üçün sürmə istifadə edilib
Tarix: 03.07.2019 | Saat: 08:17:00 | E-mail | Çapa göndər



Misirşünas alimlərin gəldiyi qənaətə görə, qədim misirlilər gözlərinə qalın qat sürmə çəkməsi təkcə makiyaj funksiyası deyil, həmçinin isti iqlim şəraitində gözləri və göz qapaqlarının dərisini günəşdən, tozdan və həşəratlardan qorumaq funksiyası daşıyırıb.

AZƏRTAC xəbər verir ki, alimlər qədim misirlilərin istifadə etdiyi dekorativ kosmetikanın kimyəvi tərkibini araşdırdıqda məlum olub ki, gözə çəkilən sürmənin tərkibində qurğuşundan istifadə edilib. Alimlər güman edir ki, qurğuşun birləşmələri gözün selikli qişasındakı infeksiyalardan qorunmaqda səmərəli vasitə olub. Bununla yanaşı, qədim kosmetikada təbiətdə sərbəst formada mövcud olmayan və misirlilər tərəfindən xüsusi qaydada sintez edilən laurenit qurğuşunu ((Pb(OH)Cl) və fosqenit (Pb2Cl2CO3) birləşmləri aşkar olunub.
Qədim Misirdə göz üçün boya Sinay dağlarında hasil olunan minerallardan düzəldilib. Sürmə hazırlananda onu toz şəklinə salıb, yaşıl malahit daşının tozunu əlavə edəndən sonra, yağ və piylə qarışdırıb krem şəklinə salıblar. Daha sonra bu kremləri daş və yaxud saxsı qablarda saxlayıblar.
Ümumiyyətlə, Misirdə tapılan qədim artefaktların əksəriyyəti qədim misirlilərin xarici görünüşə, kosmetikaya, parfumeriyaya və gigiyenaya böyük önəm verdiklərinə dəlalət edir.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar
02.06.2020
“Əlimdə olsa, Tvitteri bağlayaram“
02.06.2020
Yerə doğru təhlükəli asteroid yaxınlaşır
02.06.2020
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri
02.06.2020
Rusiyada koronavirusa qarşı dərman hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
3 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
4 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
5 Badımcan sırdağı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info