Mətbuat Şurası müsabiqə elan etdi
Tarix: 15.08.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurası 15 avqust 2013-cü ildən etibarən Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzi ilə birgə reallaşdırdığı “Azərbaycan Xalq Cumhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsi çərçivəsində “Qafqaz İslam Ordusu-95” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

Ötən əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslər fonunda milli özünüdərkin geniş vüsət alması yekunda Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması ilə nəticələndi. İki ilə yaxın mövcud olmuş respublikanın istər təşəkkül tapmasında, istərsə də varlığının qorunmasında dövrün görkəmli şəxsiyyətlərinin, o cümlədən dost və qardaş ölkə olan Türkiyənin tarixində mühüm rola malik tanınmış simaların xidmətləri ilə də bağlıdır. Bu mənada ilk növbədə paytaxtımız Bakının 1918-ci ilin sentyabrında bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və onun görkəmli sərkərdələrindən sayılan Nuru paşanın rolunu xüsusi vurğulamaq lazımdır. Bu kimi tarixi şəxsiyyətlərin şərəfli ömür yoluna, ictimai-siyasi baxışlarına, onların türk dünyasına xidmət missiyalarına əhatəli yanaşmaq hər zaman qarşıda duran mühüm vəzifələrdəndir. Müddətsiz olaraq reallaşdırılacaq “Azərbaycan Xalq Cumhuriyyəti; tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsinin də əsas hədəfi budur. Layihənin hər mərhələnin AXC ilə bağlı konkret hadisəyə və şəxsiyyətlərə həsr olunması nəzərdə tutulur. Layihə çərçivəsində elan olunan müsabiqə isə Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki roluna dair KİV-lərin materiallarının daha peşəkar tərzdə təqdimatını stimullaşdırmağı, milli-mənəvi dəyərlərimiz, türkçülük kökümüz və dövlətçilik tariximiz baxımından mühüm əhəmiyyət kəsb edən mövzunu hər zaman diqqətdə saxlamağı, mövcud istiqamətdə yeni jurnalist araşdırmalarının meydana çıxmasına şərait yaratmağı nəzərdə tutur. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Müəlliflər mövzuya yanaşma baxımından da sərbəstdirlər. Müsabiqəyə təqdim olunmuş yazılarda materialların mövzunu əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi, oxucu üçün informasiyalılıq dərəcəsinə üstünlük veriləcək. Müsabiqəyə 2013-cü ilin avqust ayının 15-dən sentyabr ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır; Yazıda “Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin “Qafqaz İslam Ordusu-95” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də verməsi şərt deyil.
Təqdimat zərfinə yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti, onun əlaqə vasitələri əlavə olunmalıdır.
Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın nüsxəsi, informasiya saytında verilibsə, bunu təsdiqləyən çap olunmuş print-skrin variant təqdim edilməlidir.
Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir. Yazılı formada (A4 formatlı kağız vərəqində) təqdim olunmuş 3 nüsxənin hər birində, habelə elektron formatlı (diskdə, Times New Roman şriftində) təqdimatda materialın müsabiqə üzrə müəyyənləşdirilmiş hansı istiqamətə uyğunluğu ayrıca qeyd edilməlidir. Yazılar 2013-cü ilin avqust ayının 15-dən sentyabr ayının 10-dək hər gün saat 10.00-dan 17.00-dək Mətbuat Şurasının ofisində qəbul ediləcək. Müsabiqədə 1 birinci (800 manat), 2 ikinci (500) və 3 üçüncü (300) yer, həmçinin 10 həvəsləndirici (100) mükafat nəzərdə tutulub. Müsabiqə laureatlarının adları sentyabr ayının 15-dək açıqlanacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info