Avropa Liviyadakı qaçqınların mərkəzinə edilən hücuma reaksiya göstərdi
Tarix: 03.07.2019 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı Liviyanın paytaxtı Tripolinin şərqindəki Tacura bölgəsində nizamsız qaçqınların məskunlaşdığı mərkəzə edilən hücuma görə məsuliyyət daşıyanların hesab vermələrini tələb etdi.

Avropa İttifaqından verilən açıqlamada: "Qaçqın və köçkünlərə, o cümlədən, vətəndaşlara qarşı hücumlar qətiyyən qəbul edilə bilinməz. Hücumları təəssüflə qarşılayırıq. Buna görə məsuliyyət daşıyanlar cavab verməlidir" deyildi.
Almaniya hücumu sərt şəkildə qınadı.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Rayner Breul Federal Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Liviyada dünən həyata keçirilən hücumun tam şəkildə təhqiq olunmasının vacibliyini qeyd edərək, hücuma görə məsuliyyət daşıyanların məhkəməyə verilməsi üçün çağırış etdi.
"Qaçqın mərkəzinə edilən hücumu şiddətlə qınayıqıq. Hücuma görə məsuliyyət daşıyanlar dərhal ortaya çıxarılıb məhkəməyə təslim edilməlidir" deyən Breul bu hücumla müharibə cinayətinin törədildiyini qeyd etdi.
Breul Birləşmiş Millətlər Təşkilatının Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salama ilə hücumla bağlı əlaqə saxladıqlarını söylədi, tərəfləri BMT-nin çətiri altında görüşə çağırdı.
Digər tərəfdən Fransa da hücumu qınadı.
Fransa Xarici İşlər Nazirliyindən məsələyə dair verilən yazılı bəyanatda deyilir: "Fransa Tacura bölgəsində yerləşən məskunlaşma mərkəzinə edilən və 40-dan çox insanın həlak olmasına və yüzlərlə insanın yaralanmasına səbəb olan hücumları qınayır. Bu mərkəz Tripoliyə qarşı hücumlar başladıqdan bu yana ikinci dəfə hədəf alındı".
Liviyada bütün tərəflərə dərhal gərginliyi azaltma və hücumlara son qoyma çağırışı edilən açıqlamada, tərəflərdən Birləşmiş Millətlər Təşkilatının himayəsindəki siyasi prosesə geri qayıtmaları tələb olundu.
Xatırladaq ki, Liviyada general Xəlifə Hafterə tabe olan qüvvələrə məxsus təyyarələrin paytaxt Tripolinin şərqində nizamsız qaçqınların yerləşdiyi məskunlaşma mərkəzinə qarşı hücumunda 44 insanın həlak olduğu və 130-dan artıq insanın yaralandığı bildirilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21.09.2019
ABŞ-da Türk evi inşa olunur
21.09.2019
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verilib
20.09.2019
ABŞ Rusiyanın hipersəs sürətli silahları qarşısında gücsüzdür
20.09.2019
Əfqanıstanda NATO konvoyuna hücum olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info