Zəhərli qarpızı necə tanımaq olar?
Tarix: 03.07.2019 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Yay mövsümünün vazkeçilməzi olan qarpız sağlamlıq baxımından insan orqanizminə olduqca faydalı bitkidir.

Lakin qarpız seçərkən bir neçə məqama diqqət yetirmək lazımdır. Çünki gözlənilməz şəkildə zəhərlənmə və buna bənzər problemlər ortaya çıxa bilər.

Publika.az xəbər verir ki, zəhərli qarpız ciddi sağlamlıq problemləri yaradır. C vitamini və antioksidantla zəngin olan qarpızı alarkən seçici olmaq lazımdır. Qarpızın yetişdirilməsində azotlu gübrələrdən yanlış istifadə etmək meyvədəki nitrat səviyyəsini yüksəldə bilər. Həddən artıq nitrat qəbulu isə bədəndə zərərli maddə kimi yığıla və qanı zəhərləyə bilər.

Zəhərlənmə

Əgər qarpız yedikdən ən az 2 saat sonra bu simptomlar üzə çıxmağa başlasa, həkimə müraciət etmək lazımdır:

- Ürəkbulanma

- Qusma, şiddətli izhal

- Başgicəllənmə, baş ağrısı

- Mədədə sancı

- Temperaturun qalxması

Zəhərli qarpızı necə tanımaq olar?
1.Qarpızı kəsmədən almayın. Əgər qabığının iç qismi sarı rəngdədirsə, almamalısınız. Qabıq qisminin ağ olması lazımdır.
2. Bəzi insanlar qarpızın içindəki dəliklərin böcək izləri olduğunu düşünür. Lakin bu, iynələrin də yeri ola bilər. Buna görə də dəlik olan qarpızlardan uzaq durun. Ətli qismi yaxşı olsa belə, dəlikdən sonra qarpız xarab ola bilər.
3. Qarpızı kəsdikdən sonra ortaya çıxan nəhəng boşluq əslində qarpızda həddən artıq hormonun olmasının göstəricisidir.
4. Qarpızdakı nitrat səviyyəsini ölçmək üçün onu suyun içinə atın. Su bir müddət sonra rəngini dəyişərək parlaq və çəhrayı olsa, aldığınız qarpız təhlükəlidir deməkdir.
5. Bəzən daha qənaətcil davranmaq üçün yüngül qarpız seçmək istəyirik. Lakin qarpızın yetişmiş olması onun ağırlığıdan bəlli olur.

Yaxşı qarpız necə olur?

Qarpızın üzərindəki sarı ləkələr nə qədər tünddürsə, qarpız o qədər ləzzətlidir deməkdir.
Qarpızdakı hörümçək toruna bənzəyən yerlər arıların qarpız çiçəklərini mayalandırarkən toxunduğu yerlərə işarədir. Buna görə də ləkələrin çox olduğu qarpız dadlı və təbiidir.
Qarpız sapının quru olması onun yetişmiş olmasının göstəricilərindəndir. Sapı sarı olan qarpız tarladan yeni çıxandır.
Qarpız seçərkən nə çox böyük, nə də çox balacasını seçmək doğrudur. Orta ölçüdə olması kifayətdir.
Uzun qarpızların sulu, yumru qarpızların şirin olduğunu unutmayın.




 
Bölməyə aid digər xəbərlər
12.07.2020
Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər
12.07.2020
Türkiyənin ən yüksək körpüsü
11.07.2020
Yaponiya şirkəti tərcüməçi-maska hazırlayıb
10.07.2020
Kaspersky mindən çox qeyri-aktiv domen aşkarlayıb
10.07.2020
İblis və Adəm

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
3 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
4 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
5 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info