Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi əməkdaşlıq edəcək
Tarix: 04.07.2019 | Saat: 00:49:00 | E-mail | Çapa göndər



Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və nümayəndəliyin proqram meneceri Mariya Nikolovska Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova ilə görüşüb.

BMqT-ın Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, V.Qyorqiyev Mərkəzin mövcud və potensial insan alveri qurbanları arasında dayanıqlığın və məlumatlılığın artırılması istiqamətində BMqT ilə məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirib. V.Qyoqiyev ehtiyacı olan şəxslərin faydalanmaları üçün gələcək əməkdaşlığın vacibliyini vurğulayıb.
H.Qəribova Mərkəzin imkanları və fəaliyyəti barədə qonaqlara məlumat verib. Qeyd edib ki, Mərkəz artıq 14 ildir fəaliyyət göstərir və insan alveri, həmçinin məişət zorakılığına məruz qalan qurbanlara dəstək göstərir. “Mərkəzdə qurbanlara tibbi, psixoloji, hüquqi, təhsil, təlim və məşğulluqla bağlı geniş xidmətlər təklif olunur”, - deyə H.Qəribova bildirib.
H.Qəribova Zabrat qəsəbəsində tikilən yeni inzibati binanın Mərkəzin fəaliyyətini genişləndirməyə imkan verəcəyini qeyd edib. Mərkəzin yeni binada artıq 2020-ci ildən etibarən fəaliyyət göstərəcəyini deyib.
M.Nikolovska bildirib ki, Mərkəzin Azərbaycanın regionlarında məlumatlılığın artırılması istiqamətində gördüyü işlər insan alverinə qarşı mübarizə və qurbanlara yardım sahələrindəki ümumi məqsədlərə çatmaq üçün vacib əhəmiyyət kəsb edir.
Görüşdə tərəflər gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info