Texas universitetləri üçün keçirilən təlimin qapanış mərasimi olub
Tarix: 15.08.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyası İxtisasartırma Proqramlarının (ADA Executive Programme) Dövlət Neft Şirkəti və AFAZ-ın (Assembly of the Friends of Azerbaijan) maliyyə dəstəyi ilə ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin nümayəndələri üçün keçirdiyi “Azərbaycanşünaslıq” adlı təlim proqramının qapanış mərasimi olub.
ADA-dan verilən məlumata görə, mərasimdə ADA-nın rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov da iştirak ediblər. Təlim iştirakçılarını kursu uğurla başa vurmaları münasibətilə təbrik edən H. Paşayev tarixən Texas ştatının ABŞ-Azərbaycan münasibətlərində oynadığı xüsusi rolu iştirakçıların nəzərinə çatdırıb. 1990-cı illərdə “Əsrin Müqaviləsi”nin imzalanması ərəfəsində Azərbaycan nümayəndə heyətinin Texasda çoxsaylı görüşlər keçirdiyini vurğulayan H. Paşayev bu məqamın Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Texas ştatının fəxri vətəndaşı olan rektor, eyni zamanda orada keçirdiyi görüşlər, iştirak etdiyi tədbir və yüksək səviyyəli konfranslarla bağlı öz fikirlərini bölüşüb. Texasın Hyuston şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını ABŞ-Azərbaycan münasibətlərinin gücləndirilməsi istiqamətində atılmış mühüm addım hesab edən Xaliq Məmmədov isə mərkəzin Azərbaycanın tarixi, mədəniyyəti, dili və həqiqətlərinin təbliği üçün daha geniş imkanlar yaratdığını söyləyib.
Mərasimin sonunda təlim iştirakçıları sertifikatlarla təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info