Respublika fənn müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb
Tarix: 04.07.2019 | Saat: 09:52:00 | E-mail | Çapa göndər



Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V respublika fənn müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən, 18 nəfər riyaziyyat, 13 nəfər kimya, 18 nəfər fizika, 8 nəfər biologiya, 14 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq, I, II və III yerlərə layiq görülüb.
Müsabiqənin final mərhələsində şagirdlər 25-i seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika), 25-i isə məntiqə aid suallar olmaqla, ümumilikdə 50 test tapşırığını yerinə yetiriblər. Müsabiqədə VI sinif şagirdləri riyaziyyat, informatika fənləri, VII sinif şagirdləri fizika, kimya, biologiya fənləri üzrə biliklərini nümayiş etdiriblər.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkarlanması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
23.09.2020
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub
22.09.2020
AzTU ilə “İdrak Texnoloji Transfer“ arasında əməkdaşlıq memorandumu imzalandı
22.09.2020
Məktəb direktoru olmaq istəyənlər üçün təlimlər keçiriləcək
21.09.2020
I-IV siniflər üzrə 7 868 şagirdin valideyni övladını məktəbə göndərməkdən imtina edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info