BANM-in builki məzunlarının artıq 80 faizi yerli və transmilli şirkətlərdə işə qəbul olunub
Tarix: 04.07.2019 | Saat: 14:17:00 | E-mail | Çapa göndər


İyulun 4-də Bakı Ali Neft Məktəbinin (BANM) növbəti “Məzun günü” keçirilib. Üçüncü dəfə keçirilən “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, BANM-in rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, ali məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin rəhbər və təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar, onların valideynləri qonaqlar və iştirak ediblər. Tədbiri açan BANM-in rektoru Elmar Qasımov məzunları və onların yaxınlarını bu əlamətdar gün münasibətilə təbrik edərək, məzunlara gələcək karyera və həyatlarında uğurlar arzulayıb. “Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış, ölkəmizin intellektual gəncliyinin bu gün məzun olmaları bizim üçün qürurverici və mühüm hadisədir. Bakı Ali Neft Məktəbində təhsil aldıqları müddətdə daim nizam-intizamları ilə seçilmiş, təhsil həyatlarında böyük uğurlar qazanmış məzunlarımız bu gün bakalavriat və magistratura təhsili dövrünü tamamlayır, eyni zamanda həyatda növbəti karyera və təhsil addımlarının təməlini qoyurlar. Bütün məzunlarımıza müvəffəqiyyətlər, gələcək karyera və həyatlarında uğurlar arzulayıram”, – deyə rektor Elmar Qasımov qeyd edib. Tədbir zamanı, həmçinin vurğulanıb ki, BANM-in builki məzunlarının artıq 80 faizi yerli və transmilli şirkətlərdə işə qəbul olunub, eləcə də beynəlxalq universitetlərdə tam təqaüdlə təhsil əldə ediblər. Bu gün BANM-in məzunları SOCAR, Star, Petkim, BP, Halliburton, Schumberger, Maire Tecnimont və digər nüfuzlu müəssisələrdə çalışır.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Dialektologiyanın ən böyük təəssübkeşi
16.09.2019
Rektor tələbələrə səsləndi: “Dinin mahiyyətini və əsaslarını, adət-ənənələrimizi dərindən öyrənin”
16.09.2019
“Əhsənüt-təvarix” əsərinin I cildi Azərbaycan dilində nəşrə hazırlanır
16.09.2019
Cəfər Cəfərov: “Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib”
16.09.2019
Bakı Dövlət Universitetində “Bilik günü“ keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info