ADPU-nun dosenti Roza Ağayeva razılıq edir
Tarix: 04.07.2019 | Saat: 14:24:00 | E-mail | Çapa göndər


Hörmətli Namiq Əliyev!
Həyatımda baş verən sevincli bir hadisənin təəssüratlarını sizin sayt vasitəsilə bölüşmək istəyirəm. İnanıram ki, mənim bu duyğularımı – Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərovla bağlı minnətdarlığımı saytınızda yerləşdirəcəksiniz. Sizə öncədən təşəkkürümü bildirirəm.
Diqqətinizə çatdırmaq istəyirəm ki, mən iki il öncə ADPU-da vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə iştirak etmişdim. Mənim sənəd verdiyim həmin yerə iki nəfər iddiaçı var idi. Mən digər namizədə nisbətən az bal toplamışdım. Yeri də təbii ki, rəqibim qazanmışdı. Bu il mən yenidən müsabiqəyə sənəd verdim. Qeyd etmək istəyirəm ki, mənə seçkidə az adamlar dəstək oldu. Amma məhz ADPU-nun rektoru, professor Cəfər Cəfərovun tutduğu ədalətli mövqe kifayət etdi ki, mən yenidən dərs dediyim auditoriyaya qayıdım. Bu gün qürur hissi ilə deyə bilərəm ki, Cəfər Cəfərov kimi böyük insanın ədaləti və xeyirxahlığı sayəsində neçə-neçə mənim kimi müəllimlərin haqqı özlərinə qaytarılıb. Buna görə də mən hörmətli Cəfər müəllimə dərin minnətdarlığımı bildirir, haqqımın özümə qaytarılmasına verdiyi dəstəyə görə təşəkkür edirəm. Çox sağ olun! Mən çox qürur duyuram ki, belə bir insanpərvər ziyalının rəhbərliyi altında çalışacağam.
Hörmətlə,
Roza Ağayeva,
Filologiya fakültəsinin Ədəbiyyat və
onun tədrisi metodikası kafedrasının dosenti





 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
20.09.2019
Mehriban İmanova Prezident yanında Elmin İnkişafı Fonduna icraçı direktor təyin edildi
20.09.2019
Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru BDU-ya rəsmi səfərə gəlib
20.09.2019
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlanır
20.09.2019
Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info