Avropa Gənclər Yay Olimpiya Festivalının yeni “Ulduz səfirləri” elan edilib
Tarix: 04.07.2019 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


İyulun 21-də “Baku Crystall Hall”da keçiriləcək möhtəşəm açılış mərasimi ilə start götürəcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlanmasına iki həftədən bir qədər çox vaxt qalıb. Dörd minə yaxın idmançı, texniki heyət və digər qonaqların qatılacaqları festival 14-18 yaşlı yeniyetmələr arasında keçirilən və Avropada böyük maraqla izlənilən idman yarışlarındandır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarışların keçirilməsinə 3500 könüllü cəlb olunub. Onlarla bağlı təşkil olunan təlimlər başa çatmaq üzrədir. Könüllülər Atletlər Kəndində, hava limanında, bütün idman məkanlarında müxtəlif funksiyaları yerinə yetirəcək, yarışları izləmək üçün ölkəmizə gələcək turistlərə lazımi məlumatlar verəcəklər.
Könüllülərlə bağlı həm də yaxın günlərdə “EYOF Bakı 2019” günü Gəncədə” adlı maraqlı konsert proqramından ibarət tədbirin də keçirilməsi planlaşdırılır. Azərbaycanlı incəsənət ustaları Nadir Qafarzadə və Elton Hüseynəliyev “Könüllülərin ulduz səfiri” elan ediliblər. Bundan əvvəl Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Leyla Cəmil, Tofiq Hacıyev və məşhur aparıcı Hacı Nuran da Festival könüllülərinin “Ulduz səfirləri” elan olunublar. Onlar Festivala hazırlıq və yarışlar vaxtı ölkəmizin, idmanın, vətənpərvərliyin təbliği ilə könüllü məşğul olacaq və gənclərin qatıldıqları tədbirlərdə fəal iştirak edəcəklər. Azərbaycan həmişə olduğu kimi, bu tədbirə də xüsusi maraqla hazırlaşır. Yalnız yerli mütəxəssislərdən ibarət əməliyyat qrupu bütün idman məkanlarında yoxlama işləri aparıb. Hazırlıq işləri artıq başa çatdırılmaqdadır. Atletlər Kəndi də tam hazır vəziyyətdədir. On iki yarış məkanı iyulun 21-27-də qapılarını bütün idmansevənlər üçün açacaq. Festivalda idman yarışlarını izləmək üçün biletlər pulsuzdur. Hər bir şəxs şəxsiyyət vəsiqəsi ilə dörd bilet əldə edə bilər. Bu imtiyaz şagirdlərə də şamil olunur. İdman müəllimləri isə Festivalın Əməliyyat Komitəsinə müraciət edərək daha çox bilet ala bilərlər.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
İspaniya La Liqası: “Sevilya” öz meydanında “Real Madrid”ə məğlub olub
22.09.2019
Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi olub
22.09.2019
“Qələbəyə layiq deyildik”
22.09.2019
Qvardiola “Manchester City“nin gələcək baş məşqçisinin adını açıqladı
22.09.2019
Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info