Rıza Tuna Turağay: “Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ilə İpək Yolu yenidən canlanacaq”
Tarix: 04.07.2019 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


“Biz öz ticarət dəyərlərimizi ən yaxşı istifadə etməklə Avropaya ixracı artırmalıyıq. Biz birlikdə olduğumuz zaman, o qədər ümumi xüsusiyyətlərimiz var ki, dünyada önəmli bir güc halına gələcəyimizə inanıram”


Bu günlərdə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin iqtisadiyyat nazirlərinin 9-cu iclası keçirilib. Görüşdə Şura üzvü olan dövlətlər arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq, ortaq sərmayə qoyuluşuna imkanlarına dair müzakirə aparılıb.
Türkiyənin Ticarət nazirinin müavini Rıza Tuna Turagay, tədbirdə çıxışı zamanı bildirib ki, Türk Şurasına üzv dövlətlərin bir-biri ilə ticarət əlaqələrində bəzi problem var və bunların aradan qaldırılması vacibdir.
Rıza Tuna Turağay üzv ölkələrin potensialının ən yaxşı şəkildə qiymətləndirilməsinin lazım olduğunu vurğulayıb: “Biz öz ticarət dəyərlərimizi ən yaxşı istifadə etməklə Asiyadan maksimum dərəcədə faydalanıb Avropaya ixracı artırmalıyıq. Biz birlikdə olduğumuz zaman, o qədər ümumi xüsusiyyətlərimiz var ki, dünyada önəmli bir güc halına gələcəyimizə inanıram”.
O, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ilə İpək Yolunun yenidən canlanacağını, üzv ölkələrin Çinin “Bir Kəmər Bir Yol” layihəsində ümumi dəhlizdə yer almasının gələcək üçün böyük bir imkan yaratdığını və bunun ən yaxşı şəkildə qiymətləndirilməsinin lazım olduğunu söyləyib.
Bu ilin may ayında Türk Ticarət və Sənaye Palatasının qurulmasının ticarət əlaqələrinin inkişafı üçün konkret bir addım olduğunu vurğulayan Turağay, Türk Şurası tərəfindən bu il Azərbaycanda bir iş forumu və Özbəkistanda bir investisiya forumu təşkil ediləcəyini, bu forumların ölkələr arasındakı əlaqələrin artırılması baxımından əhəmiyyətli olduğunu bildirib.
Turağay Azərbaycan və Qazaxıstan prezidentlərinin təklifinə əsasən, Birgə İnvestisiya Fondunun yaradılmasının əhəmiyyətli olduğunu deyib: “Birgə fondun yaradılması bizim dəstəklədiyimiz bir məsələdir. Biz onları qurmaq üçün institusional imkanlara baxmalıyıq, insan resursları, maliyyə davamlılığını dəyərləndirməliyik". O, qurulan bəzi fondların sonralar fəaliyyətsiz vəziyyətə gəldiyini vurğulayıb: “Gələcəkdə onun fəaliyyətini davam etdirmək, gəlirlər əldə etmək istəyiriksə addımlarımızı çox sağlam şəkildə atmalıyıq. Fondun necə fəaliyyət göstərəcəyini çox aydın şəkildə müəyyənləşdirmək lazımdır”.
Rıza Tuna Turağay, Türk Şurasına üzv olan ölkələr arasındakı ticarətin mövcud potensialdan çox az olduğunu vurğulayıb: “Biz 520 milyard dollarlıq ticarət həcmindən bəhs edirik. Ancaq ölkələrimizin öz aralarında həyata keçirdiyi ticarət həcmini topladığımızda, bu həcmin içərisindəki payın çox az olduğunu görürük. Bunu artırmağımız əsas hədəflərimizdən olmalıdır”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prossesinə kömək etmir
23.09.2020
İsrailli mer müavini: Azərbaycanda tolerantlıq yüksək qiymətləndirilir
23.09.2020
Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür
22.09.2020
Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanıdır
22.09.2020
Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etmək hüququ var

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
2 Ətli dovğa
3 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
4 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
5 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info