Xarkovda Sovet İttifaqı Qəhrəmanı Fariz Səfərovun adına parkın açılış mərasimi olub
Tarix: 04.07.2019 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Ukraynanın Xarkov şəhərində İkinci Dünya müharibəsində Ukraynanın azadlığı uğrunda vuruşmuş Sovet İttifaqı Qəhrəmanı Fariz Səfərovun adına parkın açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, açılış mərasimində Xarkov şəhər meriyası, Xarkov şəhər və Vilayət Administrasiyasının deputatları, tanınmış ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə şəhər meriyası tərəfindən salınan parkın açılış mərasimində çıxış edənlər bildiriblər ki, Azərbaycan və Ukrayna arasında əməkdaşlıq bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf edir. Bu parkın açılması bunun bariz nümunəsidir. Qeyd edək ki, 1920-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olan Fariz Səfərov İkinci Dünya müharibəsində SSRİ-nin 78-ci qvardiya atıcı alayının pulemyot heyətinin komandiri, qvardiya baş serjantı olub. O 1943-cü il sentyabrın 26-da Ukraynanın Dnepropetrovsk vilayəti ərazisində düşmənin çoxsaylı hücumlarını dəf edərək onun canlı qüvvələrinə böyük tələfat yetirib, sovet atıcı bölmələrinin Dnepr çayını keçməsinə kömək edib. 1944-cü il martın 19-da Fariz Səfərova Sovet İttifaqı Qəhrəmanı adı verilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info