“Milli şura”nın rəhbərləri aşağılara maliyyə ayırmadı”
Tarix: 15.08.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


“Milli şura” ilə bağlı təəssüf ki, mətbuata son zamanlar xırda məsələlər çıxarılır. Yəni, ilanın başından deyil, quyruğundan tuturlar. Bu qurumla bağlı yanvarın 7-də ilk dəfə çıxış edən mən oldum. Yəni, nə müxalifətdən, nə də başqa düşərgədən bu qurumun hansı məqsədlə yaranması və s. istiqamətində dəqiq fikirlər səsləndirən olmamışdı.
Hətta 3 aya yaxın “milli şura”nın perspektivsizliyi ilə bağlı mütəmadi olaraq mətbuatda fikirlər də səsləndirirdim. Hakimiyyətə gəlmək istəyən partiya, siyasətçi və istənilən şəxsin fəaliyyəti, məqsədi haqda biz siyasətçilərdən fikirlər, analizlər mütləq olmalıdır. May ayından sonra isə çalışmışıq ki, bu qurumla bağlı fikirlər bildirməyək. Çünki artıq ilanın başından tutub məhv edildiyini hiss etmişik. Daha bundan sonra bu haqda danışmağın əhəmiyyəti yox idi. Bu ilan artıq ölüb”.
“Milli şura”nın may ayından sonra praktiki olaraq məhv olduğunu deyən Mayis Güləliyev indi də ortalığa yeni namizədlərin atılmasını gülməli durum adlandırdı: “Gültəkin Hacıbəyli, Mehman Əliyev kimi şəxsləri gündəmə gətirib özlərini gülünc vəziyyətə qoyurlar. Əslində onların bu quruma heç bir aidiyyəti da yoxdur. Çünki “milli şura”dan gözləntilər başqa idi. İsa Qəmbər də, Əli Kərimli də oradan böyük miqdarda pul gözləyirdilər. Bəlkə alıblar, bəlkə də yarısı alıb yarısı yox. Bu səbəbdən bir-birilərini qırırlar. Orada hakimiyyətə gəlmək söhbəti olmayıb. Bunlar hamısı formal şeylər idi. “Milli şura”nın məqsədi haqda hələ mən qışda demişdim ki, onlar, yəni müxalifət qüvvələri nəzarətə alınsın. Bu da maliyyənin sayəsində baş tutdu. Özləri də bilmədən iqtidara xidmət etdilər. Biz digərlərindən fərqli olaraq bu qurumun Rusiya layihəsi olmasını demirdik. Bunlar mənasız fikirlər idi. Dediklərim də özünün təsdiqini tapdı. Bu Rusiya layihəsi deyildi. Nə qədər qəribə səslənsə də, hazırda Qərb də, Şərq də, hər kəs müxalifətin belə duruma düşməyini dəstəkləyir. Çünki hər kəs stabil Azərbaycanın indiki iqtidarla davam etməsini gözləyir. Radikalların hakimiyyətə gəlişi ağır nəticələr verə bilər. Düzdü, bu layihə müxalifəti bir yerə yığdı. Amma bu cəmiyyətə ziyan vurdu. Layihə artıq sonlanıb”.
Layihədə maliyyə məsələlərinə toxunan Mayis Güləliyev Müsavatın bu qurumdan lazımınca yararlandığını dilə gətirdi: “Müsavatın siyasi aktivliyini təmin etmək üçün qurumdan bu partiya üçün nəzərdə tutulan pul verilməyib. Orada toplanan digər şəxslər də var idi, hansı ki, əjdaha kimi ağızlarını açıb yem gəlməsini gözləyirdilər, onlar da ağzıayrıq vəziyyətdə qaldılar. İndi də ancaq gözləməklə məşğuldular ki, bəlkə də qaytardılar, bəlkə də nəsə maliyyə oldu. Ancaq artıq bu da yoxdur. Rusiya layihəsi deyib qışqıranlar hardadır indi? Niyə bu ölkənin layihəsi olan bir qurumun rəhbərinə adi pasportu vermirdi? Bütün bu hadisələr göstərdi ki, hər şey bizim proqnozlaşdırdığımız kimi sonlandı. İndən belə ora kiminsə rəhbərlik etməsi heç nəyi dəyişməyəcək. Çünki ora nə Mehman, nə Gültəkin, nə də digəri pul gətirən deyil. Pul olmayan yerdə də seçkiyə gedə bilməyəcəklər. Fikirləşirdiniz ki, bütün siyasi fəallıqlar öz-özünə yaranır? Bütün bunların arxasında böyük miqdarda pul dayanır. “Milli şura”nın rəhbərliyindən aşağılarda olanlara vəd olunan maliyyə gəlməyincə də siyasi ehtiraslar qızışıb bu həddə çatacaqdı. Kimin orada indi vahid namizəd olmasından asılı olmayaraq artıq bu layihə məhv olub. İndi onun ölüsünü döyəcləməklə qurumu hərəkətə gətirməklə mümkün deyil. Ölü şeyi qurdalayıb yenidən gündəliyə gətirməyə çalışırlar ki, “yox bu sağdır!”.
Yaşıllar Partiyasının sədri deyir ki, heç kim “milli şura”nın konsepsiyalarının olub-olmamasına da diqqət yetirmir: “Bu qurumun bir layihəsi və ya proqramını göstərin... Hər hansı proqramını içi Rüstəm, Eldar, Əli, İsa qarışıq oxuyan var? Yəni, proqramı olmayan bir təşkilatın gələcəyinə necə ümid etmək olar və danışmaq olar? Orada oturanlar da bütün günü sosial şəbəkələrdə ümid dolu paylaşımlar edirlər ki, bəlkə qurum yenə dirildi. Gültəkin Hacıbəylinin namizədliklə bağlı adın hallandırıb nə etmək istəyirlər axı? Bu xanım ora ona görə qoşuldu ki, görünsün, aktiv olduğun bəlli etsin. O, bu günə kimi bir siyasi proqram irəli sürüb? Cəmil Həsənli də Milli Məclisə düşməyənə kimi necə idi, düşməyəndə tənqid etməyə başlayıb hökuməti. Elə Gültəkin Hacıbəyli də eynilə seçilməyəndən sonra tənqidə keçdi. “Milli şura”nı konseptual tənqidi ilk olaraq mən etdim və hələ də mövqeyimdə qalıram. Bir daha tərar edirəm ki, bu qurum Rusiyaya bağlı deyil. Onun nəyinə lazım idi İbrahimbəyov? Doğrudan da göründü ki, bu iddialar mənasız idi. Putin Bakıya gəldi və hər şeyə son qoydu”.
Mayis Güləliyev xalqın siyasi proseslərə gözüaçıq baxmasını da vacib saydı. O, yalançı sənəd və konsepsiyalara aldanmamağı mühüm amil hesab etdi: “2000-ci il seçkilərində Müsavatın nümayəndəsi Qubad İbadoğlu əlində yalançı kitablarla çıxış edib deyirdi- “bu, bizim təhsillə bağlı proqramımız, bu isə səhiyyə, digəri kənd təsərrüfatı ilə bağlı”. Belə bir proqramlarınız, problemlərdən çıxış yollarınızı göstərən sənədlər varınızdırsa, niyə onları dərc etmirsiniz ki, millət oxusun? Niyə qoltuğunuzda gəzdirirsiniz? Elə televiziyada göstərib xalqı aldatmaqla iş düzəlmir axı... Teliviziyadan onun içini oxumaq olmur axı. Budur siyasi yalan. Dərc edin kitab kimi, mən də deyim hə fikirləriniz əsaslıdır. Qarabağla bağlı proqramları varsa, açıqlasınlar. Eldar Namazov və onun təşkilatının adı ilə təxminən 300 səhifəlik bir kitabı çıxmışdı ki, onun arxasında yalnız yarım səhifəlik Qarabağ xartiyası yazılmışdı. Bu kitabı əlində gəzdirib deyirdi ki, bizim Qarabağ probleminin həlli ilə bağlı xartiyamız var bu da əlimizdədir. Yarım səhifəlik vərəqi əlində gəzdirir, gözdən pərdə asırdı. Əsas proqram, hədəf, məqsəd olmalıdır. “Mill şura”nın hakimiyyətə gəlmək məqsədi olsaydı belə ona qarşı çıxmaq lazım idi. Çünki onlar gəlib xalqın başında dəlləklik edəcəkdilər. Desinlər görək bu iqtidardan fərqli nə edəcəklər axı? Bu iqtidar tutaq ki, buğdanın müəyyən hissəsini Qazaxıstandan alırsa, sən haradan alacaqdın? Sən deyirsən orta əməkhaqqını 500 manatdan min manata qaldıracam. Haradan tapacaqsan axı o qədər pulu? Gəlir hissən haradan olacaq. Bunları müəyyən etmək lazımdır. Əgər bunu bacarmırsansa, konsepsiyaların yoxsa, havadan danışma. Mexanizm olmalıdır. Pulun özünün dövriyyə miqdarı, kütləsi var. Birdən-birə gəlib cənnət yarada bilməzsiniz. Qarabağla bağlı indikindən uğurlu hansı siyasət yürüdə biləcəksiniz? Onlarla hansı dildə danışacaqsan ki, ermənilər baş götürüb gedəcəklər torpaqlarımızdan? Bunlar hamısı mənasız insanlardır. İndi ikinci naməlum fiqur olan Eldar Namazov da kölgədə qalıb. O, 2001-ci ildən müxalifətin içərisinə onu parçalamaq üçün atıldı. O heç vaxt müxalifətin dirilməsinə yardım edə bilməz. Çünki onun missiyası tamam başqadır. İbrahimbəyov isə rejissor olsa da siyasətçi deyil. Heç mənim qədər siyasətə dair kitablar oxumayıb, o, necə gəlib qoca qurdlara baş qoşa bilərdi? Onun çıxışlarına baxanda məəttəl qalırsan ki, Azərbaycan reallığından tamam xəbərsizdir. Qarabağ problemindən anlayışı belə yoxdur. Qardaş, get rejissorluğunla məşğul ol. Əgər o, güclü siyasətçi idisə və Əli Kərimli ilə İsa öz iddialarından geri dönəcəkdisə, seçkiyə az qalmış niyə üzləri döndü? Seçkidən sonra ümumiyyətlə əlaqələr kəsiləcək. Burada başqa maraqlar və məqsədlər var. Niyə birdən-birə yüzə yaxın şəxs adi kinodramaturqun ətrafında birləşməyə razı oldu? Onları birləşdirən bir vasitə var idisə, o da pul oldu. İsa Qəmbər fikirləşirdi ki, seçki müddətində öz ətrafını aktivləşdirmək üçün maliyyə lazımdır. Belə olan halda o müəyyən müddət öz iddiasından geri çəkildi. Buna görə də, İbrahimbəyovun liderliyini qəbul etdilər. Əli Kərimli də həm maliyyə maraqlarına görə onu qəbul etdi, həm də o düşüncəylə hərəkət etdi ki, müxalifətin lideri kim olur olsun təki İsa Qəmbər olmasın. Bu milləti məhv etmək deməkdir. Ona görə bu xalq düz addım atır bu hakimiyyəti dəstəkləyir. Müxalifət gəlsə, insanların fiziki təhlükəsizliyi məhv olub gedəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info