Türkiyə yaşamaq və işləmək üçün ən yaxşı 7-ci ölkədir
Tarix: 05.07.2019 | Saat: 00:12:00 | E-mail | Çapa göndər



Türkiyə yaşamaq və işləmək üçün dünyanın ən yaxşı 7-ci ölkəsi seçildi.


HSBC qrupu "Expat Explorer" adlı sorğu apararaq 163 ölkədən 18 mindən çox əcnəbi işləyənin rəyini öyrəndi.
Sorğuda ölkələrin təqdim etdiyi imkanlar həyat keyfiyyəti, iş-şəxsi həyat tarazlığı, maddi gəlir və ailə həyatı baxımından araşdırılır.
Sorğunun nəticələrinə görə, Türkiyədə işləyən əcnəbilərin 62 faizi həyat keyfiyyətlərinin öz ölkələrinə nisbətən artdığını bildirir.
Türkiyədə işləyən əcnəbilərin 52 faizi iş həyatına, xobbilərinə, və ya ailəsinə daha çox vaxt ayıra bildiyini, 55 faizi daha yaxşı ev, və ya maşın kimi arzularını həyata keçirə bildiyini, 69 faizi isə özünü təhlükəsiz hiss etdiyini və yerli xalqın mehriban olduğunu ifadə edir.
Bu ölkədə işləyən əcnəbilərin 60 faizi ölkələrinə nisbətən Türkiyədə iş-şəxsi həyat balansının daha yaxşı olduğunu qeyd edir.
Bununla yanaşı, işləyən əcnəbilərin 59 faizi daha çox səyahət etdiyini, 57 faizi dalğıclıq, xarici dil, və ya yemək bişirmə kimi yeni qabiliyyətlər qazandığını söyləyir.
Türkiyədə işləyən əcnəbilərin 72 faizi yaşadıqları şəhərin memari üslub, parklar, tarixi və mədəni abidələr baxımından zəngin olduğunu ifadə edir. Bununla yanaşı, respondentlərin 63 faizi yaşadıqları şəhərin səyahət üçün mərkəzi mövqedə olduğunu, 59 faizi isə şəhərdə canlı bir mədəni həyatın yaşandığını bildirir.




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Siqaret və spirtli içki aludəçiləri daha diqqətli olmalıdırlar
02.06.2020
“Əlimdə olsa, Tvitteri bağlayaram“
02.06.2020
Yerə doğru təhlükəli asteroid yaxınlaşır
02.06.2020
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri
02.06.2020
Rusiyada koronavirusa qarşı dərman hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
3 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
4 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
5 Badımcan sırdağı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info