Media nümayəndələri üçün “Rəqəmsal trendlər və media” mövzusunda təlim təşkil edilib
Tarix: 04.07.2019 | Saat: 12:47:00 | E-mail | Çapa göndər


Ölkənin aparıcı banklarından olan “Rabitəbank” media nümayəndələri ilə əməkdaşlığı daim genişləndirir. Bu istiqamətdə ən yaxşı nümunə isə bankın jurnalistlər üçün mütəmadi olaraq təşkil etdiyi təlimləri göstərmək olar. Belə nümunələrdən biri iyulun 2-də “Bilgəh Beach Otel”də təşkil edilən “Rəqəmsal trendlər və media” istiqamətində intensiv təlim sessiyasını göstərmək olar.
Öncə çıxış edən “Rabitəbank”ın Marketinq departamentinin direktoru Ələkbər Eyvazlı bankın fəaliyyəti və rəqəmsal trendlərin tətbiqi barədə məlumat verərək bildirdi ki, təlim əsasən ənənəvi marketinq və yeni dövr marketinqi, sosial media, bankçılıq sektorunda rəqəmsallaşma və onun təsiri, data analitiks, Çat Botlar, “RabitəbankBot” və onun funksionallığı mövzularına həsr olunub.
Daha sonra ənəvi marketinq və yeni dövr marketinqindən söz açan təlimçi “Rabitəbank”ın marketinq meneceri Nazlı Orucova bir sıra maraqlı məqamları və bilikləri jurnalislərlə bölüşdü. O sosial medianın insanların qərarlarına təsiri, bankçılıq sektorunun rəqəmsallaşmasından da geniş şəkildə söz açdı. Təlimi digər maraqlı hissəsi isə sat Botlar haqqında oldu. Təlimçi həmçinin media nümayəndələrinə təmsil etdiyi bankın Bot və onun funksionallığı barədə də məlumatlar verdi.
Daha sonra “Texnopolis” radio proqramının aparıcısı İmran Bağırov “Rəqəmsal marketinq və data analitiks” və “Rəqəmsal və texnoloji media” mövzularında çıxış etdi. O ilk olaraq rəqəmsallığın mahiyyəti haqqında danışaraq bunun gətirdiyi imkanlardan söz açdı. Həmçinin təlimçi dünyada rəqəmsallaşma ilə bağlı egdən tendensiyanı da nümunə kimi jurnalistlərə göstərdi. Korporativ mədəniyyət, innovasiyaya açıqlıq, mediada rəqəmsal texnologiyanın tətbiqi və bunun gətirdiyi yenilərdən də danışan təlimçi bu və digər mövzularda bir sıra maraqlı məqamları jurnalistlərin diqqətinə çatdırdı. O gələcəkdə qurulacaq rəqəmsal media layihələrinin encə təşkil edilməsi barədə də öz biliklərini, tövsiyələrini media nümayəndələrinə çatdırdı. Təlim maraqlı müzakirələrlə yekunlaşıb və jurnalistlərlə interaktiv formada, xüsusi təlim tapşırıqları (workshoplar) təşkil edilib.
Yejkun çıxışı edən “Rabitəbank”ın Baş direktoru Ziya Nuriyev qeyd edib ki, bank tərəfindən bu istiqamətdə təlim sessiyasının təşkil olunmasında məqsəd media nümayəndələrini professional bacarıqlarının inkişaf etdirilməsinə dəstək göstərmək, rəqəmsal aləmdə baş verən yeniliklər və tətbiqlər barədə informasiya mübadiləsini həyata keçirmək və gələcək əməkdaşlıqları gücləndirməkdir. Bundan əlavə, “Rabitəbank” gələcəkdə də rəqəmsal jurnalistika istiqamətində təlim sessiyalarının təşkilini davam etdirmək, yerli media ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir.
Bankın gələcək planları barədə məlumat verən Z.Nuriyev bildirib ki, “Rabitəbank” restalinq edərək yeni loqosunu təqdim edəcək. Qeyd edib ki, loqonun təqdimatından sonra başqa yeniliklər də olacaq: “Yaxın zamanlarda filiallarda dəyişiklərin aparılmasına başlanılacaq. İlin sonuna kimi, həmçinin yeni kart məhsulları buraxılacaq. Mobil bankçılıqda da ilk yerləri tutmağı planlaşdırırıq”.
Həmçinin, təlimlə bağlı jurnalistlərə sertifikatlar təqdim olundu. Sertifikat alanlar arasında “Palitranews.az”ın əməkdaşı da yer alıb.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info