ABŞ səfiri “Coca-Cola” zavoduna baş çəkdi
Tarix: 05.07.2019 | Saat: 13:49:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Bakının Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” zavoduna baş çəkib. Şirkət rəhbərliyi tərəfindən qarşılanan diplomat “Coca-Cola” zavodunu gəzərək, onun 25 illik fəaliyyəti, yüksək beynəlxalq standartlara uyğun qurulan istehsal prosesləri ilə tanış olub və Azərbaycanda “Coca-Cola” şirkətinin dünyaca tanınmış sərinləşdirici içki məhsullarının Azərbaycanda istehsalı haqqında geniş məlumat alıb. Cənab Litzenberqer şirkətin Azərbaycan iqtisadiyyatına və cəmiyyətinin dayanıqlı inkişafına verdiyi töhfələr barədə məlumatlandırılıb. ABŞ səfirini səfirliyin iqtisadi şöbəsinin rəhbəri, kommersiya direktoru və iqtisadi məsələlər üzrə əməkdaş müşayət ediblər.
Cənab L.Litzenberqer ABŞ-Azərbaycan dövlətləri arasındakı uzun müddətli iqtisadi münasibətlərin inkişafını vurğulayıb və “Coca-Cola”nın ölkədəki uğurlu fəaliyyətini Amerika biznes dünyasının ən parlaq nümunələrindən biri kimi qeyd edib.
“Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə meneceri Adrian Çernautan səfiri və onun komandasını salamlayaraq şirkətin qlobal fəaliyyəti, yenilikləri və bu yeniliklərin Azərbaycanda tətbiqi barədə məlumatlandırıb. “Coca-Cola” şirkətinin Azərbaycandakı istehsalçı tərəfdaşı olan Türkiyənin “Coca-Cola İçecek” şirkətinin baş direktoru Həsən Əllialtı isə “Coca-Cola”ın Azərbaycanda fəaliyyətinin qarşıdan gələn 25 illiyini və şirkətin ölkə iqtisadiyyatında, xüsusilə də, vergi və məşğulluq sahələrində ciddi paya sahib olduğunu vurğulayıb: “Şirkətimiz Azərbaycanda qeyri-neft sektoruna cəlb edilən ilk və ən böyük xarici investorlardan biridir. 1994-cü ildə fəaliyyətə başlayan “Coca-Cola”nın məhsulları 1996-cı ildən etibarən Azərbaycanda da istehsal edilməyə başladı. Yüksək keyfiyyəti ilə seçilən məhsullarımız bütün müvafiq beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun istehsal edilir.”
“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev isə qonaqlara “Coca-Cola”nın Azərbaycanda dəstəklədiyi sosial inkişaf proqramları barədə məlumat verib:” “Coca-Cola” şirkəti tərəfindən Azərbaycanda müxtəlif sosial inkişaf proqramlarına bugünədək 2,6 milyon dollar vəsait ayrılıb. Şirkət Azərbaycanda ekoloji vəziyyətin inkişafı, yaşıllıq sahələrinin genişləndirilməsi, məktəblilərin idmana cəlb edilməsi, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi kimi önəmli sahələrdə həyata keçirilən layihələri dəstəkləyir. Belə sosial layihələrin dəstəklənməsi isə müvafiq dövlət qurumları ilə tərəfdaşlıq formatında həyata keçirilir.” Daha sonra səfir Li Litzenberqer və həmkarları Coca-Cola zavodunun direktoru Dr. Rəna Məmmədova ilə “Coca-Cola”, “Fanta”, “Sprite”, “Fuse tea”, “Cappy”, “Bonaqua” kimi məşhur içkilərin yerli istehsalı ilə yaxından tanış olub.




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
11.11.2019
Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan açıqlama
09.11.2019
Paytaxtda 3 mağaza cərimə olundu
08.11.2019
Bələdiyyə seçkiləri ilə əlaqədar seçiciyə səsvermə vəsiqəsinin verilməsinə başlanılıb
08.11.2019
238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info