Dubay polisinin “ağıllı” sistemlərdən istifadə etməsi səmərə verir
Tarix: 06.07.2019 | Saat: 01:27:00 | E-mail | Çapa göndər



Dubay polisinin öz fəaliyyətində təhlükəsizliyin təmin edilməsi sahəsində “Oyoon” kimi “ağıllı” sistemlərin tətbiqi nəticəsində əmirliyin Palm Jumeirah və Emirates Hillsdə bu il ərzində bir dənə də cinayət qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, Dubay polisinin yaydığı məlumata görə, bu sistem süni intellekt və böyük məlumatların analizi bazası üzərində qurulub. Dubay polisinin nümayəndəsi general-mayor Xəlil İbrahim əl-Mansuri bildirib ki, Dubay polisi həmişə birinci olmağa çalışır və cinayətkarlıqla mübarizədə ən müasir texnologiyalardan istifadə edir. Onun sözlərinə görə, məlumatların analizi mərkəzi cinayətlərin açılmasında və şəhərin təhlükəsizliyi sistemindəki çatışmamazlıqların aşkar edilməsində böyük rol oynayıb.
“Oyoon” şəbəkə layihəsi çərçivəsində videonəzarət kameraları real zaman rejimində şəhər ərazisində baş verən təhlükəli hadisələr barədə məlumatları analiz mərkəzinə göndərir. Kameralar turizm, yol nəqliyyatı və digər sektorlardakı qanun pozuntularına nəzarət edir. Polis cinayətkarları izləmək üçün süni intellektdən və üzlərin tanınması texnologiyasından istifadə edir.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
İtaliyada gölün dibində qalan kənd üzə çıxarılacaq
05.06.2020
Vyetnamda bütünlüklə qızıldan hazırlanan hotel açılıb
05.06.2020
Sakin baş naziri öz həyətindən uzaqlaşdırdı
05.06.2020
İnsan sifətində doğulan heyvanlar - VİDEO
04.06.2020
Almaniyada 99 yaşlı kişi koronavirusdan sağalıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info