Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı keçirilir
Tarix: 16.08.2013 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


Qəbələdə, Heydər Əliyev Konqres Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev toplantıda iştirak edirlər. Zirvə toplantısını açan Qırğızıstan Prezidenti Almazbek Atambayev quruma sədrliyin Azərbaycana keçdiyini bildirib. Dövlətimizin başçısı Zirvə toplantısında çıxış edib.
Sonra Zirvə toplantısının gündəliyi təsdiq olunub. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX Zirvə görüşündə yaradılıb. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstanın sabiq Prezidenti Kurmanbek Bakiyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini imzalayıblar. Şuranın məqsədi türkdilli ölkələr arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsinə və inteqrasiyaya nail olmaqdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə toplantısı 2011-ci il oktyabrın 21-də Almatıda, II Zirvə toplantısı isə 2012-ci il avqustun 23-də Bişkekdə keçirilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info