AVCİYA regionlarda seçki treninqlərinə start verdi
Tarix: 16.08.2013 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda keçirilmiş əvvəlki seçkilərdə olduğu kimi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 9 oktyabr 2013 – cü il tarixdə keçiriləcək prezident seçkilərinin də ölkə üzrə müşahidəsini təşkil edəcək. Buna görə də assosiasiya regionlarda müşahidəçilər üçün treninqlərə start verib. AVCİYA Xaçmaz regional ofisinin təşkilatçılığı ilə avqustun 13-15-ində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə seçki məntəqələrində müşahidə aparacaq şəxslərə 8 treninq keçirilib. Treninqlərdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxışlar edərək Azərbaycanda keçirilmiş prezident seçkiləri, AVCİYA- nın nəşr etdiyi 3 Seçki Bülleteni, Seçki Məcəlləsinə edilmiş son dəyişiklər, müşahidəçilərin hüquq və vəzifələri, seçki saxtakarlıqlarının qarşısının alınması yolları və digər məsələlər barədə geniş məlumat verib. Treninqlərdə AVCİYA Xaçmaz regional ofisinin rəhbəri Solmaz Mehdiyeva da çıxış edərək müşahidəçilərə öz tövsiyyələrini bildirib. Hər tədbirin sonunda treninq iştirakçılarının suallarına cavablar verilib. AVCİYA Seçki Qərargahı regionlarda keçirdiyi treninqlərlə yanaşı, “Müşahidəçilər üçün yaddaş kitabçası” da nəşr edib ki, bu da müşahidələrin yüksək səviyyədə təşkili üçün vacibdir. 17 – 18 avqustda AVCİYA Şirvan regional ofisinin təşkilatçılığı ilə Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala müşahidəçiləri üçün növbəti treninqlər keçiriləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info