“Fibroskanla sirroz riski daşıyan xəstələrdə fibrozu erkən aşkar etməklə qarşısını almaq mümkündür”
Tarix: 08.07.2019 | Saat: 11:57:00 | E-mail | Çapa göndər


Tükəzban Abdullayevaya: “Cihazın digər aparatlardan fərqi ondan ibarətdir ki, qaraciyər xəstələrində MRT, KT, ultrasəs müayinələrində fibroz görünmür”

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır
Məlum olduğu kimi Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində yüksək ixtisaslı həkim sonoloqlar tərəfindən qaraciyərin Fibroskan aparatında elastometriya müayinəsi aparılır. Fibroskan aparatının tətbiq sahəsi, digər aparatlardan fərqi və tibbi müayinələrdə rolu haqqında ətraflı məlumat əldə etmək üçün Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Tükəzban Abdullayevaya müraciət etdik.
-Tükəzban xanım, Fibroskan aparatında elastometriya müayinəsi haqqında nələri deyə bilərsiniz?
-Fibroskan qısa zaman ərzində ultrasəs dalğalarından istifadə etməklə qaraciyər sərtliyini ölçən yeni tibbi cihazdır. Bu cihazla daha çox yağlı qaraciyərdə elastometriya müayinəsi aparılır. Fibroskan cihazi ilə qaraciyər biopsiyasi ilə alına bilən toxumaların ən az 100 qatı böyüklüyündə qaraciyər sahəsi müayinə edilir. Digər aparatlardan fərqi ondan ibarətdir ki, qaraciyər xəstələrində MRT, KT, ultrasəs müayinələrində fibroz görünmür. Xroniki qaraciyər xəstəlikləri (hepatit B, C, yağlı qaraciyər xəstəlikləri, dərman qəbuluna bağlı hepatitlər ) qaraciyərdə zamanla zədələnməyə yol açır və bu zədələnmə qaraciyər toxumasında fibroz əmələ gətirir. Bu üsul bizə ona görə əlverişlidir ki, bu invaziv deyil, adi ultrasəs dalğaları ilə qaraciyərin bütün paylarından gələn məlumatlar Fibroskan cihazına ötürülür, Fibroskan qaraciyər sərtliyini ölçərək qaraciyərin fibroz mərhələsini rəqəmlər şəklində verir. Rəqəmlərdən ibarət cədvəldə biz fibrozun dərəcəsini müəyyən edirik. Bu da həkimlərin, o cümlədən hepatoloqların, qastroenteroloqların təyin etdikləri müalicədə çox əhəmiyyətlidir. Çünki müalicələrin gedişində bu rəqəm artırsa, deməli xəstənin vəziyyətində ağırlaşmalar var, əgər normal – yəni dəyişməyibsə və ya azalırsa, demək xəstədə sağalma prosesi gedir.
Qaraciyərin vəziyyətini ən doğru dəyərləndirən qaraciyər biopsiyasıdır. Fibroskanın biopsiyadan üstünlüyü ağrısız və maddi cəhətdən daha uyğun olmasıdır. Ultrasəs dalğaları zərərsiz olduğu üçün təkrar müayinələrdən də istifadə olunur və bu xəstəyə heç bir formada xətər yetirmir. Ultrasəs dalğaları ziyansız olduğu üçün elastometriya müayinəsindən təkrar-təkrar istifadə etmək olar. Fibroskanla sirroz riski daşıyan xəstələrdə fibrozu erkən aşkar etməklə qarşısını almaq mümkündür.
- Bəs fibroskan aparatında elastometriya müayinəsindən istifadəyə əks göstərişlər hansılardır?
-Hamilə qadınlarda bu müayinələrə icazə verilmir, öd daşı olan xəstələrdə qadağandır, qaraciyər törəmələri və nəzərəçarpan assit yəni qarın boşluğunda piylənmə zamanı elastometriya müayinəsi aparılmır.
-Elastometriya müayinəsinə hazırlıq necə aparılır?
- Elastometriya müayinəsi çox qısa müddətdə ərzində aparılır. Xəstə 10-15 dəqiqə müddətində heç bir ağrı olmadan, zədəsiz müayinədən keçir. Müayinəyə ac olaraq gəlmək məsləhət görülür.
Tural







 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
16.07.2019
ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
16.07.2019
“Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
15.07.2019
“4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
15.07.2019
Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10832

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info