Prezidentin Donald Tuskla təkbətək görüşü olub- YENİLƏNİB
Tarix: 09.07.2019 | Saat: 12:11:00 | E-mail | Çapa göndər


İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşü olub. Daha sonra tərəflər geniş tərkibdə görüşüblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku qarşıladı.
Təkbətək görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görməyə çox şadıq. Mən sizin Azərbaycana bundan əvvəlki səfərinizi xatırlayıram. O vaxtdan bu yana Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edib.

Biz çox sayda görüş keçirmişik və çox uğurla inkişaf edən əməkdaşlığımızla bağlı geniş spektrli məsələləri müzakirə etmişik. Bu, çox sahələri əhatə edir və biz tərəfdaşlığımızı yeni səviyyəyə yüksəltməyə nail olmuşuq.

Əminəm ki, səfər çox uğurlu olacaq. Əlbəttə ki, biz gündəliyimizdə duran məsələləri müzakirə edəcəyik və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq. Əminəm ki, qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir. Ümidvaram ki, uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzulayıram.

x x x

Avropa İttifaqı Şurasının Prezidenti Donald TUSK dedi:

-Təşəkkür edirəm, cənab Prezident! Sizin qonağınız qismində burada - Bakıda, Azərbaycanda olmaq hər zaman böyük məmnuniyyətdir. Bu, yəqin ki, mənim Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya son səfərimdir. Mənim niyyətim Avropada bizim hamımız üçün Sizin ölkənizlə mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğulamaqdan ibarətdir. Mənim mesajım tamamilə aydındır.

Mən bizim əlaqələrimizə gəldikdə, Sizin şəxsi rolunuzun, şəxsi iştirakınızın nə dərəcədə əhəmiyyətli olduğunu bilmənizi istəyirəm. Mən Sizin səylərinizi həqiqətən qiymətləndirirəm. Siz hər zaman çox konstruktivsiniz və Sizin çox müsbət və konstruktiv rolunuz sayəsində bizim görüşlərimiz də olduqca səmərəli keçir. Bir daha təşəkkür edirəm, cənab Prezident!

x x x

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb
11.10.2019
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
09.10.2019
Azərbaycan Prezidenti: Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, yoxsullar olmamalıdır
03.10.2019
İlham Əliyev: “Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur”
01.10.2019
Prezident: “Mənə də güc verən vətəndaşların dəstəyidir”- YENİLƏNİB

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info