Əli Kərimli xaricdən göstəriş aldığını etiraf etdi...
Tarix: 09.07.2019 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


“Qərb ölkələrinin səfirlikləri, diplomatik korpusları ilə ciddi işgüzar əlaqələrimiz var. Ölkədəki siyasi-iqtisadi proseslər, islahatlar və s. kimi məsələlər ciddi şəkildə onlarla müzakirə olunur və bütün mesajları bu şəxslər vasitəsilə aidiyyəti yerlərə çatdırıram”. Bu fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli iyulun 8-də Sevinc Osmanqızının sosial şəbəkələr üzərindən təşkil etdiyi videomüsahibəsinin girişində deyib. Bu açıqlamanı Kərimlinin xaricilərin göstərişi ilə işləməsinə tam sübut kimi qəbul etmək olar. Ümumiyyətlə, sirr deyil ki, radikal müxalifət nümayəndələrinin Qərbdəki ağalarının tapşırıqları ilə sosial şəbəkələr üzərindən apardıqları Anti-Azərbaycan xarakterli təbliğatlarının ardı-arası kəsilmir. Bu mənada, ən çox fərqlənənlərdən biri də AXCP sədridir. Harada bir xoşagəlməz olay yaşanırsa, Əli Kərimli dərhal orada peyda olur, müxtəlif səbəblərdən haqlı olaraq həbs edilmiş, qanun qarşısında cavab verən müxalif düşüncəli şəxslərin məhkəmələri olanda bunu şişirdir və beləcə özünü “qəhrəman”, “xilaskar”, müxalifətin əsas gücü kimi göstərməyə çalışır. Bu adamın media ilə bağlı təbliğat “maşınları” da var: Qənimət Zahid və Sevinc Osmanqızı. Hər ikisini birləşdirən daha bir ortaq cəhət budur ki, bu şəxslər xaricə qaçaraq orada müxtəlif kanallar açıb, sosial şəbəkələr üzərindən ölkəmizə qarşı verilişlər hazırlayırlar. Əli Kərimlini öz verilişlərində tez-tez qonaq edən hər iki şəxsin bu cür ayrı-seçkiliyi təbii ki, müxalifətdəkilərdə də qıcıq yaradır. Elə bir neçə gün öncə mühacirlərdən biri Sevinc Osmanqızına nədən onu tez-tez verilişinə dəvət etməməsi ilə bağlı irad tutmuşdu. Təbii ki, səbəb bəllidir. Həm Sevinc Osmanqızı, Qənimət Zahid həm də Əli Kərimli eyni xətlə hərəkət edirlər və eyni mənbədən yararlanırlar. Bu mənada Osmanqızının və Qənimətin verilişlərində AXCP sədrinin insanların “gözünü mazol” etməsi təbii qarşılanmalıdır. Axı yuxarıda da adamın öz dilindən çıxan fikri, sitatı verdik ki, bunlar Qərbdəki adamlarına tez-tez hesabatlar verirlər, gördükləri işlər barədə və ölkədəki siyasi durumun guya ağır olması, şişirdilmiş siyasi məhbus siyahıları haqqında və digər əleyhimizə işləyəcək məsələlərlə bağlı sirr-sözümüzü məruzə edirlər... Əlbəttə, Qərbdə hansısa təşkilatla əməkdaşlıq etmək olar. Amma qapalı şəkildə Qərb ölkələrinin nümayəndələri ilə görüşlər keçirib, bu haqda ətraflı danışmayan hansı siyasətçiyə xalq inanar, onun səmimiliyini qəbul edər?
Yeri gəlmişkən, Əli Kərimlinin belə görüşlər keçirməsi ilk dəfə deyil ki, baş verir. Dəfələrlə olub ki, ölkədə beynəlxalq tədbirlər, yarışlar öncəsi radikal müxalifət nümayəndələri daha da fəallaşıblar, müxtəlif xarakterli kampaniyalara başlaylıblar, ölkəmizin imicinə xələl gətirən dezinformasiyalar yayıblar və s. Bütün bunların təlimatlarını da xaricdəki bəzi dairələr verirlər.
Sevinc Osmanqızının da müxalifətin bir üzü geriyə doğru hərəkət edən qatarında olduğunu nəzərə alsaq, onun da ölkəmizə xeyli zərbələr vurduğunu deyə bilərik. Bu adamın təkcə “Facebook” profilini az-maz incələmək kifayətdir ki, son bir ayda nə qədər anormal verilişlər, fikirlər paylaşdığını görəsən. Bütün verilişlərinin bir məqsədi, amalı var ki, o da var gücü ilə Azərbaycan haqqında mənfi fikir formalaşdırmaqdır. Gah səhiyyəni, gah ordunu, polisi, sosial islahatları, gah da siyasi prosesləri hədəf alıb, xəbərləri malalayıb, fərqli formada təqdim edən müxalif jurnalist unudur ki, xalq radikal qüvvələrin fəaliyyətini məqsəd və məramlarını çoxdan anlayıb. Onlarla həmrəy olanlar, təbliğ edənlər, efirlərində meydan verənlər cəmiyyətimizdə qəhrəman jurnalist kimi tanına bilməzlər. Sevinc Osmanqızının Əli Kərimli ilə yola getməyən mühacirlərə badalaq qurması, özündən uzaqlaşdırması da bu adamın ikibaşlı oyun oynamasından, istənilən vaxt həmkarlarına təpik ata biləcəyindən xəbər verir. Ümumən, bütün bu prosesləri izlədikdən sonra belə qənaətə gəlmək olar ki, nə müxalif jurnalist donuna girmiş Osmanqızılar, nə də Əli Kərimlilər sosial şəbəkələrdə xalqı aldada bilməyəcəklər. Bütün bu siyasi oyunların, gözdənsalma kampaniyaların bir məqsədi var ki, o da sifarişlə Azərbaycnı gözdən salmaqdır. Amma məqsədinizə çatmayacaqsınız...
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
11.07.2019
Paşinyanın reytinqi 53 faizə enib
03.07.2019
Erməni ekspert: “Ermənistan iqtisadiyyatı dəhşətli vəziyyətdədir”
02.07.2019
Paşinyan hökuməti əhalinin gözləntilərini doğrulda bilmədi
01.07.2019
Ölkədəki sabitlik xaricdə məskunlaşan “jurnalistlər”in xoşuna gəlmir
27.06.2019
Tibbi və aromatik bitkilər bazarı 200 milyard dollara çatacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info