Mariam Qişyan: “Ermənistan hakimiyyəti xalqa qarşı soyqırımı həyata keçirir”
Tarix: 16.08.2013 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


“Əgər bizim vətənimiz yoxdursa, onda övladlarım kim və nə üçün hərbi xidmətə getməlidir?”

Ermənistanda hökumət üzvlərinin yerləşdiyi binanın qarşısına gələn Mariam Qişyan adlı erməni xanım şikayətlərini dilə gətirmək istəyib. Bunun üçün hökumət üzvlərindən biri ilə görüşmək istəyən xanım Qişyan bu istəyinə nail ola bilməyib. Səbəb sadədir-hökumət üzvlərindən heç kim onu qəbul edib, dinləmək istəməyib. Sərkisyanın başçılıq etdiyi korrupsioner-kriminal rejim nümayəndələrinin xalqı düşünməyə vaxtları yoxdur. Onların əsas məqsədi kriminal rejimi qoruyub saxlamaq və ailə bizneslərini gücləndirməkdir. Ona görə, sadə Ermənistan vətəndaşının problemləri, yoxsulluq içində yaşaması, həyatdan bezərək intihara əl atması, intihara cəsarəti çatmayanların da başlarını götürüb Ermənistandan qaçmalarının onlara heç bir aidiyyəti yoxdur. Sərkisyan rejimi xalqını düşünsəydi, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində konstruktiv mövqe tutar və Azərbaycan torpaqlarının işğalına son qoyardı. Torpaqlarımızı işğal altında saxlamaqla bu illər ərzində Ermənistanın qazandığı ancaq yoxsulluq, sürətlə gedən miqrasiya olub. Regionda qlobal miqyaslı layihələr həyata keçirilir və məhz işğal faktına görə Ermənistan bu layihələrə qoşula bilmir. Daha doğrusu, siyasi-iqtisadi-hərbi baxımdan regionun lider dövləti olan Azərbaycan Ermənistanın bu layihələrə qoşulmasına imkan vermir. Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan Ermənistanın ətraf mühitlə əlaqəsi ancaq İran və Gürcüstan vasitəsilə baş tutur. İranın özünün sanksiyalara məruz qaldığını nəzərə alsaq, Ermənistan üçün əsas çıxış qapısı Gürcüstandır. Gürcüstanın Rusiya ilə daimi problemlər yaşaması bu qapını da etibarlı çıxış nöqtəsi etmir. Ermənistan rəhbərliyi anlamalıdır ki, dövlət olaraq yaşaması üçün Azərbaycan və Türkiyəyə möhtacdır. Bunun üçün işğal altında olan torpaqların azad olunması mütləqdir. Əks halda yaxın perspektivdə Ermənistanın adı tarixə insansız dövlət kimi düşəcək. Görünən odur ki, Ermənistan addım-addım bu adı qazanmağa doğru irəliləyir. Sərkisyan rejiminin yaratdığı çətinliklər insanlar üçün ölkəni tərk etməkdən başqa çıxış yolu saxlamır. Belə davam edərsə, Ermənistan işğalçı ordusunda xidmət etməyə əsgər tapmayacaq. Çünki Mariam Qişyan kimi valideynlər övladlarını hərbi xidmətə göndərməkdən imtina edirlər. Hökumət üzvlərindən heç kimin dinləmədiyi Qişyan üzünü mətbuata tutub. “Birinci informasiya”ya açıqlama verən Qişyan bildirib ki, onun beş oğlu var. Böyük oğlu bu yaxınlarda hərbi xidmətdən qayıdıb və o, digər oğullarını Ermənistan ordusunda hərbi xidmətə göndəməyəcək: “Hakimiyyət xalqa qarşı soyqırımı həyata keçirir, bununla yanaşı, ordunu da dağıdır. Nazirlərin, generalların hamısı cinayətkarlardır, onlar vəzifələrini pula alıblar və Ermənistanı diktator ölkəsinə çeviriblər. Böyük oğlum bu yaxınlarda hərbi xidmətdən qayıdıb. Onun qayıdışına qədər biz İrəvanın Şimal prospektində yaşayırdıq. Mənim evimi əlimdən aldılar və yetkinlik yaşına çatmayan oğullarımla birlikdə küçədə qaldım. Böyük oğlum da xidmətdən qayıdıb və bizimlə birlikdə küçədə yaşayır. İndi isə mənim o biri övladlarımı hərbi xidmətə aparmaq istəyirlər. Əgər onların vətəni yoxdursa, onlar kim və nə üçün hərbi xidmətə getməlidirlər? Vətəni olanlar gedib vətəni qorumalıdırlar, bizim isə vətənimiz yoxdur”. Mariam Qişyan qeyd edib ki, onun övladlarının qeydiyyatı, pasportu yoxdur ki, özlərinə iş tapsınlar. Ona görə də Qişyan sual edir-belə olan halda onun övladları niyə gedib orduda xidmət etməlidirlər?

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info