“Bakı-Tiflis-Qars türk dövlətləri arasında ticarəti genişləndirəcək”
Tarix: 16.08.2013 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Abdullah Gül: “Şuranın sammitinin gələcəkdə Dağlıq Qarabağda keçirilməsini arzu edirəm”

“Bu gün bizləri ortaq edən dəyərlər, tək ortaq mədəniyyətimiz, ata yurdumuz deyil, parlaq gələcək istəyimizdir”. Bu fikirləri Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı Türkiyə Prezidenti Abdullah Gül bildirib. A.Gül qeyd edib ki, türk dünyası böyük bir mədəniyyətin mühüm parçasını təşkil edir. Ölkələr arasında “6 dövlət tək millət” prinsipi ilə yürüdülən işlər inkişaf edir: “Prezidentlik dönəmimdə qardaş türk dövlətlərinə 19 səfər etmişəm. Dövlət başçılarımız səviyyəsində üst səviyyəli ziyarətlər əlaqələrin dərinləşməsinə kömək edir. Ancaq güclərimizi birləşdirməklə inkişafa və dayanışmaya nail ola bilərik”. Türkiyə Prezidenti bildirib ki, türkdilli ölkələr Avropa və Asiyanı, şimal və cənubu bir-birinə bağlayan regionda yerləşir: “Bu layihənin ən önəmli hissəsi Azərbaycanla birgə həyata keçirdiyimiz Bakı-Tiflis-Qars layihəsidir. Bu dəmiryolu xətti türk ölkələri arasında ticarətin və əlaqələrin genişləndirilməsinə böyük töhfə verəcək. Bu layihənin davamı olaraq Bakı-Aktau və Bakı-Türkmənbaşı limanları arasında bərə xəttinin qurulması bu sahədə önəmli addımdır. Bu layihə ilə Çindən Avropaya birbaşa bağlantı qurulacaq. Mərmərə layihəsinin reallaşması ilə Qərbi Avropadan çıxan qatar birbaşa Asiyaya – Çinə gedəcək. Tarixə baxdığımızda türk dövlətlərinin güclü olduğu dönəmlərdə İpək Yolu dünyanın əsas ticarət yolu olub. İpək Yolu türk dünyasının iqtisadi inkişafı və siyasi güclənməsinin açarıdır”. A. Gül ölkələr arasında quru nəqliyyatının inkişaf üçün tətbiq olunan kvotaların aradan qaldırılmasının, gömrükdə eyni standartlarda modernləşmənin həyata keçirilməsinə ehtiyac olduğunu deyib. Abdullah Gül qeyd edib ki, türk dünyasının bütün önəmli məsələlərinin başında Dağlıq Qarabağ problemi dayanır: “Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış mövcud durum qəbuledilməzdir”. A.Gül qeyd edib ki, Dağlıq Qarabağ problemi qısa zamanda həllini tapmalıdır: “Biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əlimizdən gələn dəstəyi verəcəyik. Gələcəkdə bu toplantının birinin də Dağlıq Qarabağın şəhərlərinin birində keçirilməsini arzu edirəm”.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info