Moskvada doqquz bazar bağlandı
Tarix: 16.08.2013 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Moskva ətrafında reydlərdən sonra doqquz bazar bağlandı. Bazarların bağlanması səbəbi isə pərakəndə satış bazarları haqqında qanun pozuntusu olub.
Daxili İşlər Nazirliyinin vilayət idarəsi xəbər verir ki, Moskva vilayətində polislərin yoxlamalarından sonra doqquz qanunsuz bazar bağlanıb. Məlumatda bildirilir ki, Lenin, Balaşixinski və Mıtişinski rayonlarında, həmçinin Ximkidə də bazarlar bağlanıb. Bazarların bağlanması səbəbi isə pərakəndə satış bazarları haqqında qanun pozuntusu olub. Polis bildirir ki, bazarlar konteyner tipli qeyri - stasionar otaqlardan ibarət olub. Yoxlamalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, cinayət və qanun pozuntuları bütün ticarət nöqtələrində həyata keçirilib. Xüsusilə də polis miqrasiya və ticarət qanunvericiliyinə aid 83 pozuntu aşkar edib. Əvvəllər Moskva ətrafı bazarları üzrə polis reydləri zamanı bir neçə min miqrant saxlanmışdı. Belə ki, təkcə Odintsov rayon bazarlarında saxlanılanların sayı təqribən iki min təşkil edib. Saxta sənədlərin və qanunsuz miqrasiyanın təşkili haqqında 68 cinayət işi qaldırılıb. Bütün Rusiya üzrə bazarların kütləvi yoxlamaları Moskvanın Matveyevsk bazarında dağıstanlı tacirlər tərəfindən polisin döyülməsindən sonra başlanıb. Reydlərin gedişatında polis qeyri-leqal miqrantları saxlayır və onları müvəqqəti saxlama mərkəzlərinə aparır. Bundan başqa, Moskvada onlar üçün çadır düşərgələri təşkil edilib, çünki miqrantlar üçün bütün ixtisaslaşdırılmış mərkəzlər artıq doldurulub.
Elnarə




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info