Biləsuvarda qadın qarpızdan zəhərlənib öldü
Tarix: 11.07.2019 | Saat: 11:36:00 | E-mail | Çapa göndər


Biləsuvarda qadın qarpızdan zəhərlənərək ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyulun 10-da rayonun İsmətli kəndində baş verib.
27 yaşlı Cəmilə Əlizadə qarpız yedikdən sonra zəhərlənib və gecə saatlarında vəfat edib. Hazırda onun meyiti daxili müayinə olunması üçün ekspertizaya göndərilib.

Araşdırma aparılır.
Həyat yoldaşı hərbçi olan C.Əlizadənin başqa rayondan ora gəlin köçdüyü bildirilir.
***
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, xəstə axşam saatlarında xəstəxanaya kritik vəziyyətdə daxil olub. Yaxınlarının deməsinə görə qarpızdan zəhərlənib. 05:30 radələrində aparılan reanimasion tədbirlərə baxmayaraq dünyasını dəyişib. Faktla əlaqədar rayon hüquq-mühafizə orqanları məlumatlandırılıb. Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün, meyitin Məhkəmə Tibbi-Ekspertiza və Potoloji Anatomiya Birliyinə təhvil verməsinə mərhumun yaxınları qəti etirazlarını bildiriblər. Bu səbəbdən də ölümün dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.
***
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Qafqazinfo”ya bildiriliub ki, hazırda hadisə ilə bağlı AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: “Hadisənin qida zəhərlənməsi olub-olmaması və baş vermə səbəbləri ilə bağlı aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmalar aparılır. Araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat təqdim olunacaq”.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
İndoneziyanın sahillərində 5.4 bal gücündə zəlzələ baş verib
22.10.2019
Saatlıda minik avtomobili yanıb
22.10.2019
Vanuatuda 6.4 bal gücündə zəlzələ baş verib
22.10.2019
Bakıda elektrik cərəyanı bir gənci vuraraq xəsarət yetirib
20.10.2019
Ağsuda 32 yaşlı iki uşaq anası özünü fermada asıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info