Kukla Teatrı mövsümü başa vurur
Tarix: 11.07.2019 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


Bildiyimiz kimi, respublikada fəaliyyət göstərən teatr-konsert müəssisələri artıq mövsümü başa vurmaq üzrədirlər.
İl ərzində əldə etdiyi nailiyyətlərinin, ölkə və beynəlxalq miqyasdakı festival və qastrollarda iştirakının say sırası ilə seçilən sənət ocaqlarından biri də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıdır.
Yaradıcılıq baxımından səmərəli fəaliyyəti ilə seçilən teatr müəssisəsi iyulun 11-də (saat 12.00) 87-ci mövsümünün başa çatması münasibətilə teatrsevərləri ətrafına toplayacaq. Həmin gün il ərzində məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyətin mükafatlandırılması mərasimi keçiriləcək. Teatrın truppası ilə yanaşı onun nəzdindəki “Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını alacaqlar.
Artıq ənənə halını alan bu təntənəli bağlanış mərasimində mövsüm ərzində əldə olunan uğurların, yaradıcılıq planı üzrə görülən işlərin hesabatı da veriləcək.
Teatr əməkdaşlarının stimullaşdırılması, onların illik fəaliyyətinə rəmzi qiymətin verilməsi məqsədilə keçirilən bu mərasimdə ilin ən yaxşı tamaşası, ən yaxşı aktyor və aktrisası, ən məhsuldar əməkdaşı, eləcə də uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilənlər elan olunacaq.
Tədbirdə teatrın fəaliyyətini daha geniş şəkildə işıqlandıran, sənət ocağının yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış edən kütləvi informasiya vasitələri təmsilçilərinin “Teatrın dostu” nominasiyasında mükafatlandırılması da reallaşacaq.
Mərasimdə repertuardakı seçkin və yeni tamaşalardan səhnəciklər, “Oyuq“ teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında musiqi çələngi də təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
“İmadəddin Nəsimi-650 illik DƏYƏR” adlı layihənin bağlanış mərasimi keçirildi
14.07.2019
Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
13.07.2019
“Ekstatik rəqs” – “Artım”da növbəti tədbir belə adlanır
12.07.2019
Bakıda “Özbəkistandan qəhrəmanın izi ilə” adlı filmin təqdimatı olub
12.07.2019
Vətən

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info