“Milli şura” hələ də namizədini “tapa bilmir”
Tarix: 16.08.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Samir Əsədli: “Namizədlik məsələsi ətrafında müəmmalı vəziyyət yaranıb”

Radikal müxalifətin cəmləşdiyi qondarma birlik olan “milli şura”da son zamanlar ilginc proseslər cərəyan etməyə başlayıb. Hətta iş o yerə çatıb ki, intriqalar səviyyəsində olan narazılıqlar artıq bir-birini ittiham etmək səviyyəsinə qalxıb. Ən maraqlısı isə odur ki, yaranan gündən vahid namizədlikdən danışan müxalifət liderləri indi öz ambisiyalarını aşkar şəkildə ortaya qoyaraq meydana yeni namizədləri çıxarıblar.
Bu günlərdə isə “milli şura”da Rüstəm İbrahimbəyovun tapşırığı ilə prezident seçkilərində bir neçə namizədin iştirakının müəyyənləşdirilməsi prosesi aparıldığı iddiası ortaya atılıb.
Hətta Eldar Namazov, Əli Kərimli, Sülhəddin Əkbər və İsa Qəmbər arasında qapalı görüşün keçirildiyi də bildirilir. Görüşdən sonra “milli şura”nın iclası planlaşdırılır və görüşün detalları ilə bağlı üzvlərə məlumat veriləcək. Məqsəd avqustun 20-dək “milli şura”nın prezident seçkilərində iştirak edəcək namizədlərinin adlarının müəyyənləşdirilməsidir.
Çox güman ki, bu namizədlər sırasında Əli Kərimli ilə İsa Qəmbərin də adı olacaq. Rüstəm İbrahimbəyovun tapşırığı ilə müəyyənləşdirilən namizədlər sənədlərini MSK-ya təqdim edəcəklər. Rüstəm İbrahimbəyovun planına əsasən MSK-nın “milli şura”nın 3-4 namizədindən qeydə alacağı şəxs vahid namizəd hesab ediləcək. Yaranmış yeni situasiyadan isə ən çox “milli şura”da təmsil olunan gənclərin və xüsusən də VHP Siyasi Şurasının üzvü Samir Əsədlinin narazı olduğu bildirilir. “Palitra”ya açıqlama verən Samir Əsədli “milli şura”da yaşanan son siyasi prosesləri demokratik ab-hava ilə əlaqələndirsə də, o, bu situasiyanın arzuolunmaz olduğunu da gizlətmədi. VHP funksioneri “milli şura”da adı hallanan namizədlər sırasında partiya sədri Sabir Rüstəmxanlının adının hallanmamasına da münasibət açıqladı: “Təklif olunan yeni namizədlər arasında Sabir bəyin adının hallanmamasında qəbahət yoxdur. Çünki Sabir Rüstəmxanlı əslində mətbuata verdiyi açıqlamalarında bildirib ki, o, seçkilərə qatılmayacaq və namizəd olmaq fikri yoxdur. Amma bizim də partiya seçkilərə hazırlaşır və yerlərdə bununla bağlı tapşırıqlar verilib. Sabir bəy namizəd olmasa da seçki qərargahı işini qurur. “Milli şura”nın təşəbbüs qrupu yaradılsa da, konkret kimin namizədliyinin irəli sürüləcəyi ətrafında bir qədər müəmma yaranıb. Amma ümid edirəm ki, müxalifət seçkiyə vahid namizədlə gedəcək. Bu namizəd İsa Qəmbər, İbrahinmbəyov, Sabir Rüstəmxanlı, Rafiq Əliyev, Mehman Əliyev, Cəmil Həsənli də ola bilər. Hər partiya seçkiyə hazır olduğunu bəyan edir. ”
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info