Bakıda köşklər və iaşə obyektləri qaydaya salınır
Tarix: 11.07.2019 | Saat: 14:01:00 | E-mail | Çapa göndər


Paytaxtımız Bakı şəhərinin daha da gözəlləşməsi, buradakı parklar, bağlar, istirahət yerlərində sakinlərimiz və şəhərimizin çoxsaylı qonaqları üçün lazımı şəraitin yaradılması, şəhərin estetik gözəlliyinin artırılması və mövcud olan ictimai iaşə obyektləri, köşklər, ticarət və digər mərkəzlərdə lazımı səliqə-səhmanın yaradılması, ərazidə sanitar-gigiyenik normalara riayət olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən müvafiq işlər həyata keçirilir.
Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən rayonların ərazilərində yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb, obyektlərin ətrafı dezinfeksiya olunub. Obyektlərin estetik cəhətdən yenilənməsi, müasirləşdirilməsi, sakinlərimizin zövqünü oxşaması üçün tədbirlər görülür.
Eyni zamanda paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədi ilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməciliklər keçirilir, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır. Bu istiqamətdə aparılan işlər davam etdirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
“Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
16.07.2019
Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanılıb
16.07.2019
Polşada böyük həcmdə yanacaq qaçaqmalçılığının qarşısı alınıb
16.07.2019
Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilib
16.07.2019
Tramp Mark Esperin namizədliyini Pentaqonun rəhbəri vəzifəsinə təklif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info