“Azərbaycan və Orta Asiyada ərəb dili” adlı beynəlxalq konfrans öz işinə başlayıb
Tarix: 11.07.2019 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Bakı Avrasiya Universitetində “Ərəbşünaslıq Mərkəzi” nin rəsmi açılışı oldu
İyulun 11-də Bakı Avrasiya Universitetində “Azərbaycan və Orta Asiyada ərəb dili” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda azərbaycanlı ərəbşünas alimlərlə yanaşı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan gəlmiş tanınmış ərəbşünas alimlər də iştirak edirlər. Konfransa Səudiyyə Ərəbistanından da nümayəndə heyəti qatılıb. İki gün davam edəcək tədbirdə çoxsaylı çıxışlar nəzərdə tutulub. Əsas məqsəd Azərbaycanda və Orta Asiya Respublikalarında ərəb dilinin müasir vəziyyəti, inkişaf perspektivləri, ona mane olan amillər, qarşıda duran vəzifələri müzakirə etməkdir. Eyni zamanda iştirakçı ölkələrin ziyalıları arasında mədəni körpülər qurmaqdır.
Konfransın ilk günü Bakı Avrasiya Universiteti ilə Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzi arasında 6 fevral 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən yaradılmış “Ərəbşünaslıq Mərkəzi”nin rəsmi açılışı həyata keçirilib. Konfransın və Mərkəzin rəsmi açılış mərasiminə Səudiyyə Ərəbistanının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Dr.Hamad bin Abdulla bin Səud bin Xudeyr də qatılıb. Bakı Avrasiya Universitetinin prorektoru Nigar Hüseynova çıxış edərkən bildirib ki, “ölkəmizdə müxtəlif adlar altında çoxsaylı Mərkəzlər fəaliyyət göstərməkdədir. Ancaq düşünürəm ki, bizim birgə səylərimizlə ortaya çıxardığımız “Ərəbşünaslıq Mərkəzi”nin analoqu yoxdur. Onun az müddət içərisində təhsil müəssisələri və tələbələr arasında yaratdığı rəğbət, həvəs, motivasiya və maraq meylləri, xüsusilə qarşısına qoyduğu məqsəd və vəzifələr bunu deməyə əsas verir və gələcəyə böyük ümidlər yaradır.
Çox sevindirici haldır ki, ərəb dili kurslarında 80 nəfər tələbənin öyrədilməsi nəzərdə tutulsa da qısa müddət ərzində 200-dən çox müraciət daxil olmuşdur.
“Ərəbşünaslıq Mərkəzi”nin yaradılmasında əsas məqsədlərdən biri həm Bakı Avrasiya Universitetinin, həm də digər ali məktəblərin tələbələrinin ərəb dilini öyrənməsi və gələcəkdə Səudiyyə Ərəbistanının ali təhsil məktəbləri ilə tələbə mübadiləsini təşkil etməkdir. Eyni zamanda hər iki ölkənin elm, təhsil, mədəniyyət sahəsində daha sıx əməkdaşlığını və tanıdılması işlərini yerinə yetirməkdir.”
“Ərəb dili və bu dildə yaranmış möhtəşəm mədəniyyətin öyrənilməsinə çox ciddi ehtiyac var. Çünki bu dildə yaranmış zəngin mədəniyyəti Qərb dünyası belə uzun illər öyrənmiş və ərəb alimlərinin qazandığı böyük naliyyətlərə olan heyranlıqlarını gizlədə bilməmişdir. Qərb filosofu Ernest Renan deyirdi ki, şübhəsiz elm, mədəniyyət, ədəbiyyat altı yüz il müddətində öz inkişafı, öz çiçəklənməsi üçün məhz ərəb alimlərinə borcludur” – N.Hüseynova sonda deyib.
Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin baş katibi Dr. Abdulla Vaşmi çıxışı zamanı deyib ki, Azərbaycan və Orta Asiya tarixində ərəb dili fərqli statusa malik olub. Bu səbəbdən Bakı Avrasiya Universiteti nəzdindəki “Ərəbşünaslıq Mərkəzi”nin açılışı ilə bərabər ərəb dünyası və Orta Asiya arasında ünsiyyət körpüsü yaratmaq məqsədi ilə təşkil olunan Konfransın fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan və Orta Asiya ölkələrində indiyədək ərəb əlyazmaları və mədəni irsi bir-biri ilə qarşılıqlı əlaqəlidir.
“Bakı Avrasiya Universitetində qurulan “Ərəbşünaslıq Mərkəzi” Azərbaycanda və Orta Asiyada ərəb dilini öyrənmək istəyənlər üçün təlim xidmətini təmin edir. Kral Abdullah Bin Əbdüləziz Beynəlxalq Mərkəzi bu elmi Mərkəzə məmnuniyyətlə kömək etməyə hazırdır.
Ərəb dilinin təlimi, tədrisi və tədqiqatı ilə məşğul olmaq istəyənlərin sayının son vaxtlar artdığı açıq şəkildə nəzərə çarpmaqdadır və biz bu insanlara yardım etməkdəyik – deyə Dr. Abdulla Vaşmi sonda bildirib.
Daha sonra Səudiyyə Ərəbistanının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Dr.Hamad bin Abdulla bin Səud bin Xudeyr çıxış edib. O, “Ərəbşünaslıq Mərkəzi”nin açılışını iki ölkə arasında müsbət addım kimi xarakterizə edib. Səfir deyib ki, “Ərəbşünaslıq Mərkəzi” Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında mədəni əlaqələrə dəstək verəcək. Çıxışının sonunda o, həm Mərkəzin, həm də Konfransın işinə uğurlar arzulayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin nəticələri açıqlanacaq-Canlı yayımda
16.07.2019
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir
16.07.2019
Rezidenturaya ixtisas seçimi başlayıb
15.07.2019
Cəfər Cəfərov yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15.07.2019
Ötən il təhsil sistemində imtahanla 12 min nəfər daimi işə qəbul olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info