Siyasi mübarizənin dibi...
Tarix: 11.07.2019 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Xaricdə yaşayan bir qrup azərbaycanlı var ki, onlar Azərbaycan adına yaşadıqları ölkələrdə müsbət işlər görmək, müəyyən təbliğati tədbirlər keçirmək əvəzinə, gecə-gündüz ölkəmizin imicinə xələl gətirməklə məşğul olurlar. Mühacirətdə olduqlarını deyən bu söyüşcül dəstənin üzvləri qrant üçün ölkəmiz əleyhinə olan kampaniyalar təşkil edirlər, tez-tez küçə və meydanlarda diqqət çəkmək üçün üç-beş nəfərdən ibarət aksiyalar keçirirlər. Hətta evdə oturub sosial şəbəkələr üzərindən pul qazanmaq üçün söyüş və təhqirlərdən ibarət videodebatlar, videobağlantılar da quranlar var. Hansılar ki, sonradan bunu “YouTube”dakı kanallarında yerləşdirməklə, ölkəmizi və xalqımızı gözdən salmağa çalışırlar.
Təəssüf ki, belələrinin Azərbaycanda uzantıları da mövcuddur. Anti-Azərbaycan kampaniyalarının aparılmasında ən çox fəallıq göstərən isə Orduxan Temirxan adlı mühacirdir. Əslində, bu adama mühacir də demək doğru deyil. Çünki sirr deyil ki, o və təmsil olunduğu dəstədə olanlar ölkədən mühacirət etməyiblər. Saxta partiya sənədləri düzəldənlər, mitinqlərdə şəkil çəkdirib səfirliklərin qapısında viza növbəsi gözləyənlər, təsadüf nəticəsində Avropaya qaçıb sonradan orada siyasi fəaliyyətlə məşğul olanlar indi sosial şəbəkələrin verdiyi imkanlardan yararlanaraq, özlərini xalqın gözünə qəhrəman kimi təqdim etməyə başlayıblar. Bu adamların, xüsusən də Orduxan Temirxanın fəaliyyətində insanda ikrah hissi yaradan məqamlar o qədər çoxdur ki, artıq cəmiyyətimiz də onları aşkar şəkildə qınamağa başlayıb. Dezinformasiya yaymaq, hər iki cümlədən bir təhqir, söyüş, aşağılayıcı sözlər işlətmək, Ermənistan səfirliyinin qarşısı əvəzinə, öz vətənlərini təmsil edən Azərbaycan səfirlikləri qarşısında peyda olub aksiyalar keçirmək kimi iyrənc fəaliyyətlər bu şəxslər üçün daha çox xarakterikdir və adi hal alıb. Orduxan Temirxanın son statusları da bu deyilənləri sübut edir. Bir neçə gündür paylaşdığı məlumatlarda dezinformasiyadan tutmuş, təhqir elementlərinəcən, hər cür anormal hala rast gəlmək mümkündür. Hətta bəzən ziyalılarımız, məmurlarla bağlı onlara aidiyyəti olmayan yalan dolu xəbərlər də paylaşan bu şəxs aşkar şəkildə saxtakarlığa yol verdiyini nümayiş etdirir. Özgə vaxtı özlərini “demokrat”, haqq-ədaləti təmsil edən adamlar kimi təqdim edən bu mühacirlərin əsl simalarının nədən ibarət olması elə onların profillərinin analiz edilib izlənməsindən sonra aşkar görünür. Ümumiyyətlə, daim sapı özümüzdən olan baltalar ənənəvi müxalifət daxilində, nəinki Azərbaycana, milli maraqlarımıza zərbə vurublar, elə müxalifət düşərgəsini də parçalayıblar. İndiki halda isə belə fəaliyyətlərlə daha çox “iaşə müxalifəti” məşğul olur və xaricdəki ağalarının bu istiqamətdə olan tapşırıqlarını daim canla-başla yerinə yetirirlər. Bu buyruq qullarının, qrant sevdalılarının cəmiyyətimizdə bundan sonra da hörmətinin olmayacağı şübhə doğurmur. Təhqir, milli maraqlara zidd fəaliyyət, satqınlıq, agentlik, PEN klublara bağlılıq, mühacirət adıyla daha yaxşı həyat axtarışına çıxıb oradan müxtəlif Anti-Azərbaycan layihələrə qoşulmağı Azərbaycan insanı heç vaxt bağışlamayacaq! Çünki təhqir ritorikası siyasi mübarizənin ən aşağı səviyyəsidir,əgər belə demək mümkünsə, dibidir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Keşikçidağ yaxınlığında baş verən insident iki ölkənin strateji münasibətlərinə uyğun deyil
15.07.2019
Azərbaycan üçün ən önəmlisi maraqlarımızın tam şəkildə əks olunduğu sazişin əldə olunmasıdır
15.07.2019
Mühacirlərlə ənənəvi müxalifətin mövqe savaşı davam edir
15.07.2019
Gürcüstan səfiri XİN-ə çağırılıb, ondan sərhəddəki insidentlə bağlı izahat istənilib
15.07.2019
Səfir: Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info