Dubayda turistlərə alkoqol üçün lisenziyalar veriləcək
Tarix: 11.07.2019 | Saat: 21:59:00 | E-mail | Çapa göndər



Dubayda yerli qanunları pozmadan mağazalardan alkoqol əldə etmək və spirtli içkilərin saxlanması məqsədilə turistlərə 30 gün müddətinə pulsuz lisenziyaların verilməsinə başlanılacaq.

AZƏRTAC Dubayın “Khaleej Times” nəşrinə istinadla xəbər verir ki, alkoqol üçün turist lisenziyası Əmirliklərin yaşı 21-dən yuxarı müsəlman olmayan qonaqları üçün əlçatan olacaq.
Alkoqol üçün lisenziyanı almaqdan ötrü müraciətin verilməsi qaydası “Emirates Group”un törəmə şirkəti olan “Maritimeand Mercantile International”ın (MMI) saytında izah edilir. Bundan ötrü turistlər özləri ilə pasportlarını götürərək MMI şəbəkəsinin mağazalarından birinə getməli, alıcının həqiqətən də turist olmasını təsdiqləyən zəruri formanı dolduraraq imzalamalıdırlar. Mağazada yalnız pasportun və ölkəyə daxil olarkən qeydiyyat barədə möhürün surəti tələb olunur.
Bundan başqa, hər bir alıcıya “Turistin davranış kodeksi” adlanan xüsusi kitabça veriləcək ki, burada da spirtli içkilərin qəbulu ilə bağlı əsas məlumatlar toplanıb.
Qeyd edək ki, yeni qaydalar tətbiq olunanadək alkoqolun alışına lisenziyaları rezident vizası əsasında, yaxud da daşıma hüququ olmadan restoran və barlarda əldə etmək mümkün idi.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Dünyanın ən gözəl adaları
20.10.2019
Enişsiz ən uzun uçuş rekordu qeydə alındı
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info