Finlandiya İtaliya tərəfindən qəbul edilməyən qaçqınlara sığınacaq verəcək
Tarix: 11.07.2019 | Saat: 23:12:00 | E-mail | Çapa göndər



Finlandiya hökuməti İtaliya sahillərindəki gəmidə olan və sığınacaq istəyən bir neçə nəfəri qəbul etmək barədə qərarı təsdiqləyib.

AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə təklif daha əvvəl ölkə hökuməti tərəfindən bəyan edilib.
Miqrantların olduğu “Sea Watch-3” xilasetmə gəmisi “Sea-Watch International” qeyri-hökumət təşkilatına məxsusdur və artıq bir neçə həftədir ki, İtaliya sahillərində yerləşir. İtaliya, öz növbəsində, miqrantları ölkəyə buraxmaqdan imtina edir. Gəmi ötən həftə Liviya sahillərində 65 miqrantı xilas edib.
Baş verən vəziyyətin həll olunması üçün bir neçə ölkənin hökuməti, o cümlədən Finlandiya gəmidəki miqrantların bir hissəsini qəbul etməyə hazır olduqlarını bildiriblər. Beləliklə, Finlandiya hökuməti maksimum 8 nəfərdən ibarət miqrant qrupuna sığınacaq vermək barədə qərar qəbul edib.
Qeyd edək ki, Almaniyanın “Sea Watch” qeyri-hökumət təşkilatının gəmisi göyərtəsində onlarca miqrantla bir neçə həftə ərzində dənizdə olub.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Venesuela ötən həftə $40 mln. dəyərində qızıl satıb
16.07.2019
Vladimir Zelenski Ukraynanın 12 səfirinin fəaliyyətinə xitam verib
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info