Həkimləri bölgələrdə işləməyə cəlb edəcək layihə hazırlanır
Tarix: 12.07.2019 | Saat: 07:31:00 | E-mail | Çapa göndər



İcbari tibbi sığortanın gələn ildən etibarən ölkəmizdə tətbiqi ilə əlaqədar hazırlıq işləri aparılır. Hazırlıq işləri əsasən xəstəxanalarda informasiya texnologiyaları infrastrukturunun qurulması, sığortalılar xəstəxanaya gəldiyi halda onların qeydiyyatının elektron şəkildə aparılması və göstərilən xidmətlər barədə məlumatların elektron şəkildə agentliyə göndərilməsi ilə bağlıdır. Bunun əsasında agentlik ödənişi həyata keçirə biləcək.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında söyləyib.
Z.Əliyev deyib: “Bu istiqamətdə hər hansı bir gecikmə müşahidə olunmur, bütün xəstəxanalarda intensiv iş gedir. Digər məsələ normativ hüquqi baza ilə bağlıdır və o aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Yaxın bir ay ərzində bu prosesin bitəcəyi və sənədlərin təxminən sentyabrda təsdiqlənəcəyi gözlənilir. Bundan sonra ictimaiyyətə qaydalar haqqında ətraflı məlumat veriləcək. Həmçinin gələn ildən xəstəxanalarda 20-yə yaxın keyfiyyət standartı tətbiq etməyə çalışacağıq. Keyfiyyət standartlarını uğurla həyata keçirə bilən xəstəxanalara əlavə maliyyə vəsaiti ayrılacaq”.
Agentliyin İdarə Heyətinin sədri gələn ildən Azərbaycanda həkimlərin əməkhaqqının artacağını və bu artımın iki hissədən ibarət olacağını qeyd edib: “Biz bunu pilot layihədə tətbiq etmişdik. Amma yeni əməkhaqqı pilot layihədəkindən fərqli olacaq. Çünki pilot layihənin icrası zamanı qarşılaşdığımız çətinliklərlə bağlı növbəti ildən işimizi daha da təkmilləşdirəcəyik. Bir tərəfdən həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olunacaq.
Bununla yanaşı, hazırda Səhiyyə Nazirliyi ilə birgə həkimləri bölgələrdə işləməyə cəlb edəcək üçün layihə üzərində işləyirik. Bölgələrə işləmək üçün gedən həkimlərə müəyyən paketlərin verilməsi, əməkhaqqında fərqlərin olması ilə bağlı təklifləri müzakirə edilir".
“İcbari tibbi sığorta ilə bağlı həyata keçirilən pilot layihədə müraciətlərin sayından asılı olaraq xidmətlər zərfinə müəyyən dəyişikliklər edilib. Dəyişikliklər arasında süni mayalanma və orqan köçürmələri də var. Bunlar böyük vəsait tələb edən sahələrdir. Hesablamalar göstərir ki, gələn ildən limitli şəkildə onların icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi mümkündür. Hazırda onların xidmətlər zərfinə daxil edilməsi təklif olunub. Təkliflər öz təsdiqini tapdıqdan sonra əminliklə deyə biləcəyik ki, həmin istiqamətlər üzrə nə qədər və hansı növbə ilə xidmət etməyi gözləyirik. Çünki burada növbəlilik düzgün, ədalətli şəkildə tənzimlənməlidir ki, ən çox ehtiyacı olan vətəndaşlar həmin xidmətlərdən yararlana bilsinlər", - deyə Z.Əliyev diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
Yeni radio kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulu başa çatıb, 5 iddiaçı var
12.12.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib
12.12.2019
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib
12.12.2019
“Kaspersky” 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb
12.12.2019
Milli qəhrəman ailələri Ümummilli liderin məzarını ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Ərdoğan Kembricdə tikilən məscidin açılış mərasiminə qatıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info