Altı ayda Texniki Şuralar vasitəsilə 1174 müraciətə baxılıb
Tarix: 12.07.2019 | Saat: 10:24:00 | E-mail | Çapa göndər


2019-cu ilin I yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 1174 müraciətə baxılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, yanvar ayı üzrə daxil olan müraciətlərin sayı 227, fevral ayı üzrə 261, mart ayı üzrə 148, aprel ayı üzrə 179, may ayı üzrə 200, iyun ayı üzrə isə 159 olub.
Hesabat dövründə qəbul edilmiş müraciətlərdən 1148-nin icrası təmin olunub, 26 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib.
Ümumilikdə yanvar-iyun ayları ərzində Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 19122,5 kVt güc sifariş edilib və 3399680,01 AZN qoşulma haqqı ödənilib.
Bu dövrdə daxil olmuş bütün müraciətlər 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar tərəfindən qəbul edilib və icra olunub.




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
AZAL Bakıdan Pekinə aviareysləri müvəqqəti dayandırır
27.01.2020
Məktəblilər üçün avtobuslar təşkil ediləcək
27.01.2020
Bakıya gələn ay 27 müasir zibil maşını gətiriləcək
27.01.2020
Bakıda Qafqazın şərab marşrutu yaradılıb
27.01.2020
“Standard and Poor`s” Azərbaycanın kredit reytinqini təsdiqləyib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info