Heydər Əliyevin elm və təhsil siyasəti
Tarix: 12.07.2019 | Saat: 13:15:00 | E-mail | Çapa göndər



“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin
həyatının, fəaliyyətinin mühüm bir sahəsidir
Cəmiyyət təhsilsiz inkişaf edə bilməz“

Heydər Əliyev


Hər kəsin dəyəri onun yaşadığı zaman kəsiyində göstərdiyi xidmətləri ilə ölçülür.Dahilər dünyaya gəlırlər, amma dünyadan getmirlər. Minilliklərin sınağıdan çıxan bu həyat həqiqəti ümummilli liderimiz, işıqlı şəxsiyət Heydər Əliyevin timsalında bir daha təsdiqini tapmışdır. Zaman keçib illər ötdükcə ölkəmizin hər bir bölgəsi, ölkə həyatının hər bir sahəsi yüksək templə inkişaf edir. Çünki, bu inkişafın təməlində müstəqillik, humanizm dayanır. Azərbaycan müstəqil bir dövlət kimi fəaliyyət göstərdiyi gündən bəri dahi liderimiz Heydər Əliyev hər bir sahəyə, xüsusilə təhsil sahəsinə də öz diqqət və qayğısını əsirgəməmişdir. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” sözlərini söyləyən ümummilli liderimiz bu istiqamətdə də bir çox işlər görmüşdür. Onun təhsil sahəsində apardığı islahatlar, verdiyi fərman və sərəncamlar buna misaldır. Ulu öndərimiz təhsil sahəsində nadir istedadı ilə fərqlənən insanlara da xüsusi diqqət və qayğı göstərmişdir. Heydər Əliyevin təhsil sahəsində istedadlı insanlara göstərdiyi qayğı və diqqətin əsası Sovet dövründə hakimiyyətdə olduğu illərdə qoyulmuşdur. Belə ki, uzaqgörən liderimiz tərəfindən keçən əsrin 70-ci illərindən başlayaraq istedadlı azərbaycanlı gənclər təhsillərini davam etdirmək üçün keçmiş SSRİ-nin müxtəlif regionlarında yerləşən qabaqcıl ali təhsil müəssisələrinə göndərilirdilər və qayğı göstərilən belə istedadların sayı ötən əsrin 80-ci illərində artıq iki dəfə artmağa başladı.
Müstəqillik dövründə isə elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikasının Prezidentinin şəxsi himayəsi, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısı daha da artmışdır. Qeyd etdik ki, elə bir sahə yoxdur ki, dahi siyasətçinin həmin sahəyə diqqətini, qayğısını hiss etməyək. Həmçinin də, istedadını təhsil sahəsində deyil, digər sahələrdə parlaq şəkildə büruzə verən gənclər də bu qayğıdan kənarda qalmamışdır. 22 iyun 1996-cı ildə Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı. Həmin fərmanda elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədi ilə:
-Azərbaycanın gənc istedadlarının “Qızıl Kitab”ı;
- Azərbaycan Respublikası Prezidenti yanında “Gənc İstedadlar Fondu”;
- “Qızıl Kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edilmişdir.
Heydər Əliyev bu qayğısı Azərbaycandan kənarda təhsil alan mütəxəssislər haqlı olaraq, “Heydər Əliyev kadrları” adlandırılan keçmiş məzunların həyatında silinməz izlər buraxdı. Məhz bu tədbirdən sonra 1970-1980-ci illərin ənənəsi bərpa edildi və istedadlı azərbaycanlı gənclərin xaricdə təhsili sahəsində ciddi addımlar atılmağa başladı.
Azərbaycan müstəqil bir dövlət kimi fəaliyyət göstərdiyi gündən bəri dahi liderimiz Heydər Əliyev hər bir sahəyə, xüsus ilə də elm və təhsil sahəsinə öz diqqət və qayğısını əsirgəməmişdir. Onun təhsil sahəsində apardığı islahatlar, verdiyi fərman və sərəncamlar buna misaldır. Ulu öndərimiz təhsil sahəsində nadir istedadı ilə fərqlənən insanlara da xüsusi diqqət və qayğı göstərmişdir. Elm və mədəni tərəqqinin ölkəmizin gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsi, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısı daha da artmışdır. Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir və dövlətin davamlı sosial-iqtisadi, mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillər müstəsna rol oynaması Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan vermişdir, çünki dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daimi qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və əldə edilən elmi nəticələrin xaricdə tanıdılması üçün bir sıra mühüm qərarlar qəbul etmişdir.Elmin inkişafına dövlət qayğısı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsidir. Ölkə başçısı son illərdə elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir çox sərəncam və fərmanlar imzalamış, dövlət proqramlarıtəsdiq etmişdir.
Prezident İlham Əliyevin "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2009-cu il 22 may, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2009-cu il 4 may tarixlisərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.
Qeyd edək ki, elə bir sahə yoxdur orada dahi siyasətçinin diqqətini, qayğısını hiss etməyək.Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Bu dövrün əsas xüsusiyyətlərindən biri ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi müstəsna diqqət və qayğısının davamı olaraq sahəyə ayrılan xərclərin ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuşdur və uğurla həyata keçirilmişdir.
Böyük öndərin himayəsı elm və təhsil sistemini XX əsrın son otuz ili ərzində layiq olduğu zirvəyə yüksəltmişdir.Elm və təhsil uzaqgörən siyasətçı Heydər Əliyevin prioritet münasibət bəslədiyi sahələr idi. Hər bir xalqın, məmləkətin taleyində təhsilin neçə mühüm əhəmiyyət kəsb etdiyi barədə geniş müzakirələr açmağa lüzum yoxdur. Təhsil cəmiyyətin irəliyə getməsi üçün bir mayakdır, işıqdır.. Təhsilin cəmiyyətdəkı rolunu daha yaxşı dərk etmək üçün ümummilli lider Heydər Əliyevin həyat yolunu və əməllərini dərindən öyrənməkgərəkdir. Təhsil və elm ölkənin, xalqın taleyidir. Təsilin və elmin inikişafı ümumxalq problemdir. "Təhsil xalqın gələcəyidir" - dərin hikmət yükü olan bu sözlərin müəllifi olan ümummilli liderimiz Heydər Əliyev mənsub olduğu xalqın övladlarının mükəmməl təhsil ala bilmələri üçün hər zaman çalışmışdır. Təhsilin cəmiyyətin, xalqın, dövlətin inkişafında rolunu yüksək qiymətləndirən Heydər Əliyev rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan təhsil sisteminin hərtərəfli inkişafına müstəsna qayğı göstərmiş, bu sahənin maddi-texniki bazasının möhkəmlənməsi üçün əməli tədbirlər görmüşdür.
Milli dəyərlərimiz olan adət və ənənələrimiz, davranış və rəftarımızda milli əxlaq normalarımız yetişən gənc nəslə təlim və tərbiyə prosesində, müəllimin yaradıcı, peşəkar fəaliyyəti prosesində aşılanır. Qloballaşma prosesində təhsilin məzmunu və müəllimin peşəkar fəaliyyəti şəxsiyyətin mili mentalitetini yüksəltməyə, milli özünüdərkinə, onun hərtərəfli inkişafına, yüksək insani keyfiyyətlərə yiyələnməsinə xidmət etməlidir.
Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş gələcək inkişaf təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, ümummilli lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, müstəqillik illərində səmərəli fəaliyyət üçün yaradılmış əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur.
Respublikamızda milli müstəqilliyin əldə edildiyi bir zamanda təlim-tərbiyə prosesinin yenidən qurulması üçün zamanın tələbləri ilə ayaqlaşmaq üçün məktəblərimiz və pedaqoqlarımız müəyyən bir nümunəni əldə rəhbər tutaraq gənc nəslin formalaşmasına diqqəti daha da artırmışdır.Yeni təfəkkür şəraitində təhsilin və tərbiyənin qarşısında bir sıra vəzifələr dayanır. Təhsilalanlarda milli mənlik şüurunun formalaşdırılması həmin vəzifələrdən biridir.
Azərbaycanməktəbi, Azərbaycan müəllimi zəkalı, istedadlı dühaların yetişdirilməsində, formalaşdırılmasında gördüyü işlərlə bu gün haqlı olaraq iftixar hissi keçirir.
Biz müəllimlər, şəxsiyyətin, zəkanın, dühanın qiymətləndirilməsini, onların timsalında yeni nəsillərin formalaşdırılmasını özümüzün əsas işistiqaməti hesab edirik.
Zülfiyyə Vəliyeva
ADPU-nun ETM-nin Tətbiqi tədqiqatlar
bölməsininelmi işçisi,
Respublikanın Əməkdar Müəllimi












 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Azərbaycan Universiteti abituriyentlərə 4 yeni ixtisas təklif edir
19.07.2019
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19.07.2019
3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib
18.07.2019
Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq
18.07.2019
Azərbaycan elminin 2020-2025-ci illər üzrə inkişafını nəzərdə tutan strategiya hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10832

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info